Çərşənbə, 3 Sentyabr, 2025

2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"


  • Dərc edildi: 15 Avqust, 2025 - 21:39
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"

Bu infotur proqramı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Şəfəq" Ekoturizm İctimai Birliyinin icra etdiyi “Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində təşkil edilir. Layihə çərçivəsində Azərbaycan Respublikasında yaşayan bu müraciət forması əsasında seçiləcək ictimai fəal gənclər, KİV, QHT, Turizm şirkətlərinin əməkdaşları və digər maraqlı tərəflərdən müəyyən ediləcək 18-35 yaş arası 17 nəfər şəxs üçün Kənd yaşıl turizm imkanlarını dəyərləndirmək və regiondakı potensial imkanları təbliğ etməkdən ötrü  Astara və Lənkəran rayonundakı müvafiq turizm marşrutları üzrə 2 günlük ödənişsiz İNFOTUR-un təşkili planlaşdırılmışdır.

İnfotur 23-24 avqust 2025-ci il (həftənin şənbə, bazar günü) tarixində təşkili planlaşdırılmışdır. Proqrama seçiləcək şəxslər infoturun başlanma günü - yəni 23.08.2025-ci il saat 11:00-dək Lənkəran şəhərində iştirakçılar üçün ayrılan məkanda (Luxe-Lənkəran hotel) toplaşmalıdır. 

Layihənin  məqsədi müvafiq olaraq istehsal və xidmət sahəsində kiçik və orta sahibkarlığı inkişaf etdirmək, ailə kəndli təsərrüfatlarının fəaliyyətini stimullaşdırmaq, onların məşğulluq problemlərinin həllinə kömək etmək və kənd turizmi potensialının alıcılara çatdırılmasını təşviq etməkdir.

Müraciət prosedurası və iştirakçıların seçimi:

İnfotur iştirakçıları müraciət formasında əks olunan  əsaslandırılmış və yüksək motivasiyalı qeydlərinə uyğun olaraq seçiləcək. Seçilmiş namizədlərə 21.08.2025 tarixində məlumat veriləcək, onların yerləşmə məkanı və digər lazımi texniki-təşkilati dəstək göstəriləcəkdir. Seçilmiş namizədin hər hansı səbəbdən iştirak etməyi mümkün olmadıqda infoturun başlamasından ən azı 1 gün əvvəl  təcili olaraq təşkilatçılara məlumat verməlidir.

İştirakçıların xərcləri:

Proqram müddətində iştirakçıların Luxe-Lənkəran hotelində gecələməsi, gün ərzində gündə 3 dəfə yemək, çay-kofe xərcləri, proqramdaxili (Bakı və digər regionlardan Lüks-Lənkəran hotelinə gəliş və gediş daxil deyil) nəqliyyat xərcləri "Şəfəq" Ekoturizm İctimai Birliyi tərəfindən qarşılanır.  

Müraciətin son tarixi:

Müraciət forması namizəd tərəfindən doldurulmalı "Təqdim edin və ya Submit" düyməsi basılaraq göndərilməlidir. Müraciət forması 19.08.2025-ci il, saat 23:59-dək göndərilməlidir.
 
 
 
 

📢🔴✅👇🏻Digər belə faydalı elanlardan xəbərdar olmaq üçün bizə qoşula bilərsiniz.👇🏻
🟢WhatsApp Kanalımızı izlə🤗:  https://whatsapp.com/channel/0029VaCpVIEAjPXJt7vv8k1e 
🟩WhatsApp Qrupumuza üzv ol😊:  https://chat.whatsapp.com/GUebHkikxWT9NTIMexy2eo
🔵 Teleqram kanalımızı izlə🤩: https://t.me/EduOnlineAz
🟦 Teleqram qrupumuza üzv ol😍: https://t.me/EduOnlineAzQrup

 

Turlarımıza qatılmaq üçün:

🟩 Kanalımız: https://whatsapp.com/channel/0029Va8JXZSDOQIWx6bH810X

🟢 Qrupumuz: https://chat.whatsapp.com/H2nvwfp42SeGzs1PK4ZBMQ

 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 54
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 221
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 40
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 131
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 881
2 günlük Lənkəran və...
Lənkəranda Ödənişsiz 3 günlük Düşərgə - Konfrans: "Uşaq hüquqlarının pozulmasına səbəb olan məişət zorakılığına qarşı mübarizə"
04 Avqust, 2025 - 22:12 259
Lənkəranda Ödənişsiz...