Bazar, 7 Sentyabr, 2025

Bank of Baku-da Yay Təcrübə Proqramına qəbul!


  • Dərc edildi: 27 May, 2018 - 07:19
Bank of Baku-da Yay Təcrübə Proqramına qəbul!

Bank of Baku böyük məmnuniyyət hissi ilə 2018-ci il üzrə Yay Təcrübə Proqramını açıq elan edir! Aşağıda göstərilən istiqamətlər üzrə təhsil alan və ya məzun olmuş və gələcəkdə bu istiqamətlərdən hər hansı biri üzrə karyera qurmaq niyyətində olan şəxslər proqrama müraciət edə bilərlər:

  • Müştərilərə xidmət və kredit əməliyyatları;
  • Məlumat mərkəzi və kommunikasiya;
  • Biznesin inkişafı, partnyorluq və layihələr;
  • İnsan resurslarının idarə edilməsi;
  • Risklərin idarə edilməsi;
  • İnformasiya texnologiyaları.
Kimlər müraciət edə bilər?
  • Ali məktəbi bu il bitirən, hal-hazırda magistraturada təhsil alan və ya məzun olmuş şəxslər;
  • Azərbaycan dili üzrə əla yazılı və şifahi ünsiyyəti bacarığı olanlar (Rus dili arzuolunandır);
  • MS Office proqramları ilə işləmək bacarığı olanlar;
  • Karyerasını bank sektorunda qurmaq üçün yüksək motivasiyası olan gənclər;
  • Öyrənməyə və özünü fasiləsiz olaraq inkişaf etdirməyə həvəsi olan şəxslər.
Təcrübə proqramının şərtləri
  • Müddət: 1-3 ay
  • Təcrübə vaxtı: 5 iş günü, 09.00-18.00
  • Təcrübə yeri: Baş Ofis və filiallar
  • Müraciət üçün son tarix: 20/06/2018
Yuxarıdakı tələblərə uyğun namizədlər Müraciət et düyməsindən istifadə edərək CV formamızı doldura və ya öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Məktubun mövzu (subject) hissəsində Təcrübə proqramı sözünü qeyd etməyi unutmayın! Əks halda namizədləyiniz bu sahələr üzrə dəyərləndirilməyəcəkdir. Yalnız ilkin seçimdən keçmiş şəxslərlə əlaqə saxlanılacaqdır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 645
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 217
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 251
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 58
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 145
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 896
2 günlük Lənkəran və...