Bazar ertəsi, 3 Noyabr, 2025

Şagirdlərin inkişafına dəstək göstərəcək layihə!


  • Dərc edildi: 11 Aprel, 2024 - 07:41
Şagirdlərin inkişafına dəstək göstərəcək layihə!

Şagirdlərin inkişafına dəstək göstərəcək “Çıraq” layihəsinə start verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən yeni layihəyə - şagirdlərin inkişafına dəstək istiqamətində fəaliyyət göstərəcək “Çıraq” layihəsinə start verilib.


9 ay davam edəcək layihə seçim, mentorluq, təlimlər, peşəkarlarla görüşlər və “Çıraq” hakatonu mərhələlərindən ibarət olacaq. Ölkənin müxtəlif məktəblərindən 8-9-cu sinif şagirdlərinin seçiləcəyi layihə 50 nəfəri əhatə edəcək.

 

Layihə çərçivəsində şagirdlərə özünütanıma, məqsədlərin təyini, karyera planlaması, əmək bazarının araşdırılması, emosional zəka, tənqidi düşüncə, ünsiyyət bacarığı kimi mövzularda məlumat veriləcək, şagirdlərin qeyd edilən istiqamətlərdə savadlılığının artırılmasına dəstək göstəriləcək.

 

Layihəyə müraciət 18 aprel tarixinədək davam edəcək.

İştirak ödənişsizdir.

Müraciət

Ən Son Məqalələr

Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 338
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 378
Qubadlıya öz sahiblə...
Tusi-Bohm Planetariumda “Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı keçirildi
22 Oktyabr, 2025 - 15:34 52
Tusi-Bohm Planetariu...
“Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı
20 Oktyabr, 2025 - 14:43 56
“Astronomiyada Əsas ...
“İkiqay” əsərinin müəllifi bu həftə Bakıya gəlir!
20 Oktyabr, 2025 - 14:19 50
“İkiqay” əsərinin mü...
Dövlət İmtahan Mərkəzində Könüllülük Qeydiyyatı davam edir
19 Oktyabr, 2025 - 17:04 222
Dövlət İmtahan Mərkə...