Cümə, 5 Sentyabr, 2025

"Azərbaycan ticarət forumu: KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda forum keçiriləcək


  • Dərc edildi: 19 Sentyabr, 2024 - 21:15
"Azərbaycan ticarət forumu: KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda forum keçiriləcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA-nın və Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının birgə təşkilatçılığı, PASHA Holding LLC - nin baş sponsorluğu ilə 1 oktyabr tarixində "Azərbaycan ticarət forumu: KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda forum keçiriləcək.

Forumda iştirak etmək üçün aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçməyiniz xahiş olunur.

Qeydiyyat linki: https://forum2024.agtl.org.az/#form

#AGTL #KOBİA #PAŞAHolding #forum2024

İştirak etmək ödənişsizdir.

 

Azərbaycan Ticarət Forumu haqqında

1 oktyabr tarixində Bakı şəhərində “Azərbaycan Ticarət Formu-KOBlar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar” mövzusunda forum keçiriləcək. Formun keçirilməsinin əsas məqsədi KOBların idxal və ixracdakı vəziyyətinin müzakirə edilməsi, ixracdakı payının artırılmasına dəstək olmaq, KOBlar üçün yaradılan imkanları müzakirə etmək və onların gələcək fəaliyyətlərinə dəstək verməkdir. Forum iki əsas hissədən ibarət olacaq. Rəsmi hissə və panel müzakirə hissəsi. Forumda istehsalat, idxal, ixrac, logistika, gömrük təmsilçiliyi sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri, dövlət rəsmiləri iştirak edəcək. Tədbirin məqsəddlərindən biri də, yeni ticarət və investisiya imkanlarının, əməkdaşlıq perspektivlərinin müzakirəsi və Azərbaycan iqtisadiyyatının qlobal bazarlara inteqrasiyasını sürətləndirilməsinə töhvə verməkdir. Forum Paşa Holdinqin maliyyə dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının təşkilatçılığı ilə təşkil ediləcək. Forum The Ritz-Carlton otelində keçiriləcək.

 

Tədbirin Proqramı

SaatPanel
14:00 - 14:30Qeydiyyat və şəbəkələşmə
14:30 - 15:25

Rəsmi hissə

Dövlət himnin səsləndirilməsi və şəhidlərin yad edilməsi

Şahin Bağırov | Dövlət Gömrük Komitəsinin sədri

Elnur Əliyev | İqtisadiyyat nazirinin birinci müavini

Cəlal Qasımov | "Paşa Holdinq" -in CEO-su

Məmməd Musayev | ASK-nın prezidenti

Yusif Abdullayev | "AZPROMO" - nun İcraçı Direktoru

Orxan Məmmədov | KOBİA idarə heyətinin sədri

15:30 - 17:45

Birinci panel (davos formatı)

Mövcud vəziyyət və çağırışlar, KOB-ların idxal və
ixracda rolu mövzusunda çıxış və müzakirələr

17:45Tədbirin yekunu

 

Qeydiyyat üçün daxil olun  

 

◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾
⚠️⚠️
Digər vakansiyalardan, təcrübə proqramlarından, tədbirlərdan, təqaüd proqramlarından və s. faydalı məlumatlardan tez xəbər tutmaq üçün bizi sosial şəbəkələrdə də izləyə və ya üzv ola bilərsiniz :
WhatsApp Kanalımız:  https://whatsapp.com/channel/0029VaCpVIEAjPXJt7vv8k1e 
WhatsApp Qrupumuz: 
https://chat.whatsapp.com/GUebHkikxWT9NTIMexy2eo
Teleqram kanalımız: https://t.me/EduOnlineAz
Teleqram qrupumuz: https://t.me/EduOnlineAzQrup
Facebook səhifəmiz: https://www.facebook.com/EduOnline.Az
Instagram səhifəmiz: https://www.instagram.com/eduonline.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 236
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...