Gənclərin Peşə Bələdçisi Layihəsinə Ödənişsiz Qeydiyyat!
“Gənclərin Peşə Bələdçisi” layihəsi “İRƏLİ” İctimai Birliyi təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilir. Layihə gəncləri effektiv şəkildə peşə təhsilinə cəlb etmək, onların motivasiyasını artırmaq, bacarıqları ilə əmək bazarı ehtiyacları arasında körpü yaratmaq məqsədi daşıyır. Xüsusilə, təhsildən kənarda qalan qızlar və digər gənclərin peşə təhsilinə marağını artırmaq, onlara bu sahədə məlumatlılıq və karyera yönləndirmə dəstəyi vermək layihənin əsas hədəflərindəndir.
Kimlər müraciət edə bilər:
Layihə çərçivəsində 20 gənc Gənclərlə işləyən şəxslər – gənc liderlər və məktəb müəllimləri, influenserlər, təlimçi və mentorlar
peşə təhsilinin təşviqi və gənclərin motivasiyası mövzusunda professional bilik və bacarıqlar əldə edəcək, həmçinin, gənclər arasında təbliğinə dəstək göstərəcəkdir.
Layihə çərçivəsində 20 gənc lider və məktəb müəllimi (multiplayerlər) seçiləcək. Onlar intensiv təlimlər, düşərgə və peşə liseyinə səfər kimi fəaliyyətlərlə peşə təhsilinin təşviqi, gənclərin bacarıqlarının kəşfi və motivasiyasının artırılması istiqamətində işləyəcəklər. Layihənin sonunda iştirakçılar bölgələrdə gənclərlə birbaşa görüşərək peşə təhsilinin əhəmiyyətini təbliğ edəcək və davamlı dəstək təmin edəcəklər.
Layihə dörd əsas mərhələdən ibarətdir: Onlayn Təlimlər, Düşərgə və Səfərlər, Davamlılıq, Hesabat və Qiymətləndirmə. Seçilən 20 multiplayer bütün fəaliyyətlərdə iştirak etməlidir.
A1) Onlayn Təlimlər
Bu mərhələdə seçilmiş 20 iştirakçıya peşə təhsili ilə bağlı intensiv təlimlər keçiriləcək.
A2) Düşərgə və Peşə Təhsili Səfərləri
Bu mərhələdə iştirakçılar praktiki təcrübə qazanacaq və gənclərlə birbaşa işləyəcək.
A3) Davamlılıq: Görüşlər və Təqdimatlar
Layihənin davamlılıq hissəsində iştirakçılar bölgələrdə gənclərlə əlaqələri davam etdirərək peşə təhsilinin əhəmiyyəti barədə məlumatlandırma prosesini davam etdirmək üçün həm fiziki, həm də onlayn sessiyalar keçirəcəklər. Bu yanaşma Azərbaycanda peşə təhsilinə olan münasibəti daha da yaxşılaşdıraraq gənclər arasında bu sahəyə marağı artıracaq.
A4) Hesabat və Qiymətləndirmə
Layihənin nəticələri qiymətləndiriləcək və davamlılıq təmin ediləcək.
Vacib qeydlər:
Əlavə Məlumat:
Layihənin uzunmüddətli məqsədi peşə təhsilinin Azərbaycanda inkişafına töhfə vermək, gənclərin əmək bazarına inteqrasiyasını asanlaşdırmaq və cəmiyyətdə bu sahəyə olan münasibəti müsbət yöndə dəyişdirməkdir. Layihəyə cəlb olunmuş tərəfdaşlar vasitəsilə maarifləndirmə prosesi uzun müddət davam edəcək və peşə təhsilinə maraq göstərən gənclərə davamlı dəstək veriləcək.
◾◾◾◾◾◾◾◾
⚠️⚠️
Digər vakansiyalardan, təcrübə proqramlarından, tədbirlərdan, təqaüd proqramlarından və s. faydalı məlumatlardan tez xəbər tutmaq üçün bizi sosial şəbəkələrdə də izləyə və ya üzv ola bilərsiniz :
WhatsApp Kanalımız: https://whatsapp.com/channel/0029VaCpVIEAjPXJt7vv8k1e
WhatsApp Qrupumuz: https://chat.whatsapp.com/GUebHkikxWT9NTIMexy2eo
Teleqram kanalımız: https://t.me/EduOnlineAz
Teleqram qrupumuz: https://t.me/EduOnlineAzQrup
Facebook kanalımız:
https://www.messenger.com/channel/EduOnline.Az
Facebook səhifəmiz: https://www.facebook.com/EduOnline.Az
Instagram səhifəmiz: https://www.instagram.com/eduonline.az
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb