Cümə axşamı, 9 Aprel, 2026

Ödənişsiz Tamaşa və Xoreoqrafiya Təlimi: “Özüm ilə təklikdə”


  • Dərc edildi: 27 Noyabr, 2024 - 00:00
Ödənişsiz Tamaşa və Xoreoqrafiya Təlimi: “Özüm ilə təklikdə”

Tamaşa


*Sizləri tezliklə baş tutacaq “Praktika” Teatrı ilə əməkdaşlıqda təqdim edilən “Özüm ilə təklikdə” adlı plastik tamaşaya dəvət edirik!*

*_Ödənişsiz_*

“Praktika” Teatrı @praktika_friends - Moskvada yerləşən, dövrün tendensiyalarına cavab verən və fəaliyyətində çağdaş ədəbiyyatından istifadə edən eksperimental mərkəzdir.

“Özüm ilə təklikdə” tamaşası daxili münaqişəni rəqs və poeziya vasitəsilə danışır. Tamaşa İosif Brodskinin yaradıcılığından  ilhamlanan, “Praktika” Teatrının rezidenti Jack’s Garret komandasının 2022/2023 mövsümündəki bədii fəaliyyətinin nəticəsidir. Kollektiv küçə rəqsi (street dance) və müasir xoreoqrafiyanın texnikalarını birləşdirərək hərəkətlərin gücü ilə poeziyanın dərinliyini bir araya gətirən quruluş yaradıblar. Xoreoqraflar Anna Deltsova və Aleksandr Tronov Brodskinin şeirlərini yenidən mənalandıraraq hər bir tamaşaçının öz interpretasiyasını tapa biləcəyi çoxlaylı rəqs ərsəyə gətiriblər.

Rollarda:
Aleksandr Tronov
Aleksandr Alyoxin

❗️Yaş məhdudiyyəti: 12+
️5 dekabr, saat 19:00
YARAT Mərkəzi (MFZ)
️Giriş qeydiyyat ilədir:

https://forms.gle/c99utCAWzm5QV7SJ7

 

Xoreoqrafiya üzrə ustad dərsi

“Özüm ilə təklikdə” tamaşasının davamı olaraq Müasir xoreoqrafiya üzrə ustad dərsi elan edirik!

İştirak etmək Ödənişsizdir.

Dərslər “Praktika” Teatrı @praktika_friends Jack’s Garret komandası tərəfindən keçiriləcəkdir. Ustad dərsində küçə rəqsi (street dance) texnikalarını və  hərəkətlərlə emosiyaların necə çatdırılacağını öyrənəcəksiniz.

Dərs iki hissədən ibarət olacaq:

♦️1-ci hissə: Müasir xoreoqrafiyada küçə rəqsinin konsepsiyaları:
•  Küçə rəqsinin əsasları və müasir səhnə üçün adaptasiyası.
•  Plastika və ritm inkişafı üçün improvizasiya texnikaları.

♦️2-ci hissə: Müəllif xoreoqrafiyası və simvollarla iş:
•  Orijinal rəqs kompozisiyalarının yaradılması.
•  Emosiyaları çatdırmaq üçün metafora və simvolların istifadəsi.

Təlimçi: Aleksandr Tronov
Assistent: Aleksandr Alyoxin

❗️Yaş məhdudiyyəti: 10+
️6 dekabr, sast 19:00 – 20:30
Dil: Rus dili, Azərbaycan dilinə ardıcıl tərcümə ilə.
YARAT Mərkəzi (MFZ)

İştirak yalnız qeydiyyat ilədir‼️

https://forms.gle/SwUtwgV8makyPpY79

 

◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾
⚠️⚠️
Digər vakansiyalardan, təcrübə proqramlarından, tədbirlərdan, təqaüd proqramlarından və s. faydalı məlumatlardan tez xəbər tutmaq üçün bizi sosial şəbəkələrdə də izləyə və ya üzv ola bilərsiniz :
WhatsApp Kanalımız:  https://whatsapp.com/channel/0029VaCpVIEAjPXJt7vv8k1e 
WhatsApp Qrupumuz:  https://chat.whatsapp.com/GUebHkikxWT9NTIMexy2eo
Teleqram kanalımız: https://t.me/EduOnlineAz
Teleqram qrupumuz: https://t.me/EduOnlineAzQrup
Facebook səhifəmiz: https://www.facebook.com/EduOnline.Az
Instagram səhifəmiz: https://www.instagram.com/eduonline.az

 

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 18
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 17
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 278
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 455
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 106
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 100
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1154
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 338
Məktəblilər üçün "FI...