Cümə axşamı, 9 Aprel, 2026

Ailə dəyərləri mövzusunda maarifləndirmə layihəsinə yekun vuruldu


  • Dərc edildi: 22 May, 2023 - 15:32
Ailə dəyərləri mövzusunda maarifləndirmə layihəsinə yekun vuruldu

Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Regional İnkişafın Dəstəklənməsi İctimai Birliyinin icra etdiyi “Ailə dəyərlərində kişi və qadınların rolu üzrə maarifləndirmənin təşviqi” layihəsinə yekun vuruldu. Layihənin məqsədi cənub regionunda evlənməyə hazırlaşan və ya evli şəxslər üçün maarifləndirici təlim-seminarlar təşkil etməklə, peşəkar ekspertlər vasitəsi ilə onların məişət zorakılığı və ailə dəyərləri haqqında məlumatlandırmaq olmuşdur. Layihənin birinci mərhələsində Masallı, Lənkəran, Astara, Cəlilabad və Biləsüvar rayonlarında maarifləndirici təlim-seminarlar təşkil edilmişdir. Bu tədbirlərdə 95-i qadın, 37-si kişi olmaqla ümumilikdə 132 nəfər iştirak etmişdir. Təlim-seminarlarda iştirakçılara ailə dəyərləri, Azərbaycanda müvafiq qanunvericilik və s. məlumatlar diqqətə çatıdırılmışdır. Layihənin ikinci mərhələsində isə təşkilatın ofisində

təlimdə iştirak etmiş və mövzu ilə bağlı sualları olan şəxslərə məsləhət xidməti təşkil edilmişdir. Təlimləri layihənin eksperti Afiq Məlikov aparmışdır. O, Azərbaycanda ailə institutu və mövcud adət-ənənələr, ailədaxili zorakılıq, onun formaları və ona qarşı mübarizə tədbirləri, Azərbaycanda nikahlar və boşanmalar: mövcud vəziyyət və statistika və s. bu kimi mövzular iştirakçıların diqqətinə çatdırmışdır. Təlimlərin sonunda iştirak edənlərə sertifikatlar təqdim edilmişdir.

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 19
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 18
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 279
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 456
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 108
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 101
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 339
Məktəblilər üçün "FI...