Cümə, 5 Sentyabr, 2025

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlanır


  • Dərc edildi: 9 İyun, 2018 - 02:17
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlanır

2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və
AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi 2018-ci il iyunun 8-dən
18-dək aparılacaq.
İxtisaslaşma seçiminə 2018-ci ildə magistraturaya keçirilən qəbul
imtahanının iki mərhələsinin nəticələrinə əsasən, müsabiqə şərtlərini ödəyən
bakalavrlar buraxılırlar.
Bakalavrlar "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə
imtahan verdiyi qəbul proqramına aid dövlət sifarişi əsasında və ödənişli
əsaslarla olan 20-dək ixtisaslaşma kodunu göstərə bilərlər. Bakalavrın
seçdiyi ixtisaslaşmalar onun imtahan verdiyi proqrama aid və bitirdiyi
bakalavr ixtisasına (bəzi ixtisaslaşmalar üçün xarici dilə qoyulan tələbə)
müvafiq olmalıdır.
Bakalavr seçdiyi ixtisaslaşmaları istədiyi ardıcıllıqla DİM-in internet
saytında öz elektron ərizə formasına daxil edir, hər bir ixtisaslaşma üzrə
dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd
edir və öz ixtisaslaşma seçimini təsdiqləyir.
Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı
müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala
əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.
Magistraturada dövlət hesabına təhsil almış magistrlər yalnız
ixtisaslaşmaların təhsili ödənişli əsaslarla olan yerlərinin kodlarını seçə
bilərlər.
Xarici dil imtahanını ərəb və ya fars dili üzrə verən bakalavrlar
«İxtisaslaşma seçimi cədvəli»nə əsasən, yalnız 38 saylı və ya 46 saylı
proqrama aid olan ixtisaslaşmaları seçə bilərlər.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Menecment (təhsilin
təşkili və idarə olunması)" ixtisaslaşmasını yalnız təhsil ixtisasları qrupunun
ixtisaslarından birini bitirib 27 saylı proqram üzrə imtahan vermiş
bakalavrlar seçə bilərlər.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına
qəbul müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə olmaqla yalnız
dövlət sifarişi əsasında aparılır. Müsabiqə şərtini ödəyən və AMEA-nın
magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar 2018-ci il
iyunun 10-dək DİM-in saytında elektron qeydiyyatdan, 12-14 iyun
tarixlərində isə AMEA-da müsahibədən keçməlidirlər.
Fövqəladə Hallar Nazirliyinin və Polis Akademiyasının
magistraturalarının ixtisaslaşmalarını yalnız həmin akademiyaların
məzunları seçə bilərlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan
qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə
tutulmayıbsa, yalnız ixtisaslaşmaların təhsili ödənişli əsaslarla olan
yerlərinin kodlarını seçə bilərlər.
Müsabiqə qəbul imtahanının birinci və ikinci mərhələsində toplanılan
balların cəminə (ümumi bala) əsasən aparılır.
Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın
elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq
etmiş bakalavrlar buraxılacaqlar. Ərizə təsdiq edildikdən sonra onda heç bir
dəyişiklik etmək mümkün olmayacaqdır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 232
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...