Azərbaycan sahibkarlarının və menecerlərinin biznes sahəsində beynəlxalq təcrübəyə yiyələnməsi, bilik və bacarıqlarının artırılması, Almaniyanın qabaqcıl şirkətləri ilə birbaşa işgüzar əlaqələrinin qurulması məqsədilə 2009-cu ildən etibarən “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” həyata keçirilir. Proqrama qoşulan sahibkar və menecerlər 2 həftə müddətində Almaniyanın təlim mərkəzlərində keçirilən biznes təlimlərində iştirak edir (pandemiya dövründə onlayn təlimlərdə), eyni zamanda Almaniya şirkətlərində təcrübə keçərək şirkətlərlə işgüzar əlaqələrini genişləndirirlər. Proqram ingilis dilindədir. İştirakçıların seçimi Almaniya mütəxəssisləri tərəfindən müsabiqə əsasında həyata keçirilir. İştirakçıların proqram çərçivəsində olan xərcləri (nəqliyyat xərcləri istisna olmaqla) Almaniya tərəfindən qarşılanır. Proqramı uğurla başa vuran sahibkar və menecerlərə beynəlxalq sertifikatlar verilir. “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” Azərbaycan tərəfindən əlaqələndiricisi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Almaniya tərəfindən isə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətidir (GİZ). Proqrama qoşulmaq istəyən sahibkar və menecerlər KOBİA-ya müraciət edə bilərlər. Ətraflı məlumat: Menecment sahəsində beynəlxalq ixtisasartırma kursu keçmək istəyən sahibkarlıq subyektlərinin nəzərinə! Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 2022-2023-cü illərdə Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və müvafiq tədris mərkəzlərinin təşkilatçılığı ilə keçiriləcək “İqtisadi kooperasiya” üzrə ixtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və menecerlər üçün MÜSABİQƏ ELAN EDİR Mövzu: İqtisadi kooperasiya Proqramın dili: İngilis dili Xərclərin qarşılanması: İxtisasartırma kursunun xərcləri Almaniya tərəfindən qarşılanır Proqram çərçivəsində nəzərdə tutulur:
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb