Cümə, 5 Sentyabr, 2025

ARTIM MÜHAZİRƏ DE/KONSTRUKSİYA – ZƏRRİ MUXTARLI


  • Dərc edildi: 9 Sentyabr, 2018 - 16:58
ARTIM MÜHAZİRƏ DE/KONSTRUKSİYA – ZƏRRİ MUXTARLI

YARAT Müasir İncəsənət Məkanı Sizi ARTIM Layihə Məkanında “De/Konstruksiya” müzakirələri çərçivəsində Zərri Muxtarlının iştirakı ilə müzakirə keçiriləcək.


Zərri Muxtarlı tədbir zamanı illüstrasiyalarını, həmçinin ictimai məkanlarda çəkdiyi qrafiti əsərlərini təqdim edəcək. Onun sərt üslubunda yaratdığı çox koloritli əsərləri aydın formalarla və dekorativ ornamentlərlə zəngindir. İlk baxışda əyləncəli, şən görünən işlər özündə cəmiyyət, urbanizasiya, gender və mədəniyyətə aid sualları vurğulayır. Zərri Muxtarlı 1992-ci ildə Azərbaycanın Kəlbəcər şəhərində dünyaya gəlmişdir. Uşaq yaşlarında ailəsi ilə Rusiyaya köçüb. O, linqvistika üzrə təhsil alıb. 2012-ci ildə o öz yaradıcılığına başlayaraq bir çox illüstrasiyalar və strit-art işləri yaratmışdır. Rusiyada Azərbaycan diasporunun üzvü olan gənc rəssamı qarışıqlı mədəniyyət məsələləri, dil, feminizm və şəhər mühitinin qavrayışı mövzuları maraqlandırır. O, Sankt-Peterburq şəhərində bir sıra sərgilərdə iştirak etmişdir.
“De/Konstruksiya” – ARTIM Məkanında sərgilərin montaj/demontaj dövründə keçirilən silsilə müzakirələrdir. Sözügedən layihə, gənc yaradıcı insanların öz yaradıcılıqlarını daha geniş auditoriya ilə bölüşməsi, nümayiş etdirməsi və müzakirələr, fikir mübadilələri aparması, yaradıcı ideyaların axtarışı üçün platformanı təmin edir.
Tarix: 10 Sentyabr, 2018 Saat: 19:00 Ünvan: ARTIM Layihə Məkanı, İçərişəhər, Böyük Qala küç., 30, 001A Giriş sərbəstdir

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 531
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 194
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 242
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 139
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 893
2 günlük Lənkəran və...