Cümə, 5 Sentyabr, 2025

Avropa Bilik Yarışması


  • Dərc edildi: 7 İyul, 2022 - 22:19
Avropa Bilik Yarışması

Avropa İttifaqı 2022-ci ili “Avropa Gənclər İli” elan edib.
Bu münasibətlə 19 iyul tarixində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Gənc Avropa Səfirləri ilə birlikdə Avropa Bilik Yarışması təşkil edəcək. Tədbirin əsas məqsədi ölkənin savadlı gənclərini bir yerə toplamaqdır. Bilik yarışması Avropanın tarixinə, dəyərlərinə, qurum və mədəniyyətinə dair məlumatlılığı artırmaqda faydalı olacaq, komanda işini və analitik bacarıqları inkişaf etdirməyə kömək edəcək.
Azərbaycanın bütün bölgələrindən gəncləri yarışmada öz komandaları ilə iştirak etməyə dəvət edirik. Əgər siz də özünüzə inanırsınızsa, iştirakçı komandalardan ola bilərsiniz.
Daha ətraflı:
Avropa İttifaqı haqqında biliklərinizi sınayın! Ən parlaq gənclərlə yarışaraq Avropa İttifaqı haqqında bilmədiklərinizi öyrənin! İyulun 19-u Bakıda yerləşən otellərdən birində Gənc Avropa Səfirləri Avropa İttifaqı mövzusunda intellektual oyun təşkil edəcək. İştirakçılar Avropa İttifaqının tarixi, institutları, dəyərləri və digər əyləncəli faktları haqqında sualları cavablandıracaq. Lanç və kofe fasilələri təşkilatçılar tərəfindən təmin olunacaq. Qalib komandalar Avropa İttifaqının Azərbaycandakı səfiri tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılacaq. Qeydiyyatdan keçmiş komandaların müraciəti dəyərləndiriləcək, uğurlu olanlarla intervü baş tutacaq. İntervü əsasında 15 komandanın yarışda iştirakı təsdiqlənəcək. QEYD: İştirakı təsdiqlənməyən komandalar tədbirə buraxılmayacaq. Son qeydiyyat tarixi: 12.07.2022 00:00

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 236
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...