Şənbə, 6 Sentyabr, 2025

“Azerbaijan Public Speaking Competition” layihəsinin yarımfinal mərhələsi yekunlaşıb


  • Dərc edildi: 13 Mart, 2019 - 18:13
“Azerbaijan  Public Speaking Competition” layihəsinin yarımfinal mərhələsi yekunlaşıb

Dünyanın ən böyük natiqlik yarışmasını həyata keçirən “The English-Speaking Union” təşkilatının tərəfdaşı olan “Azerbaijan Public Speaking Competition” çərçivəsində 2-3 mart, 2019-cu il tarixində yarımfinal mərhələsi baş tutub.   Beynəlxalq proqram çərçivəsində iştirakçılar peşəkar və beynəlxalq təcrübəyə malik təlimçilər tərəfindən 20 saatlıq təlim kursunda iştirak etdikdən sonra 4 gün ərzində yarımfinal çıxışları üçün mentorların köməyilə öz təqdimatlarını hazırlayıblar. Bu mərhələ yekunlaşdıqdan sonra iştirakçılar yarımfinal mərhələsində “Gələcəyi təxmin etməyin ən yaxşı yolu onu kəşf etməkdir!” mövzusu ətrafında çıxışlar ediblər. Çıxışlar münsif heyəti tərəfindən beynəlxalq meyarlara əsasən qiymətləndirilib.   Ən yüksək balla qiymətləndirilən 10 nəfər finala vəsiqə qazanıb. Finalçıları sizə təqdim edək:   Vaqif Qasımov - Bakı-Oksford Məktəbi Səadət Xəlilova - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Nərgiz Əli - Azərbaycan Tibb Universiteti Lamiyə Hüseyn - “Dünya” Məktəbi Raul Məmmədov - “Dünya” Məktəbi Adil Qafarlı - Bakı Mühəndislik Universiteti Murad Şahməmmədli - Dünya Məktəbi Ləman Əlipaşayeva - Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziya Eldar Əliyev - Dövlət Gömrük Komitəsinin Akademiyası Solmaz Fətullayeva - Azərbaycan Memarlıq və İnşaat Universiteti   Yarışmanın qalibi tələbə və şagirdlər arasında Azərbaycanın ən yaxşı natiqi seçiləcək və 13-17 May tarixlərində dünyanın ən böyük natiqlik yarışması olan “Beynəlxalq Natiqlik Yarışması”-nda ölkəni təmsil etmək hüququ qazanacaq.   Layihənin qızıl sponsoru gənclərin intellektual və peşəkar inkişafı üçün nəzərdə tutulmuş müxtəlif layihə və tədbirlərin keçirilməsinə daima dəstək və diqqət ayıran "Gilan Holdinq"dir.   Layihənin media tərəfdaşları “Trend” İnformasiya Agentliyi və “MAG” verlişidir.   APSC (Azerbaijan Public Speaking Competition) dünya təcrübəsini tətbiq edərək Azərbaycanda gələcək liderləri, natiqləri yetişdirən platformadır. APSC Britaniyanın 100 ildən artıq təcrübəyə malik ESU “The English-Speaking Union” təşkilatının tanınan tərəfdaşıdır. Əməkdaşlıq çərçivəsində, qalib olan şəxslər beynəlxalq yarışmada iştirak üçün hər il Londona səyahət edirlər.   Eyni zamanda, APSC Amerika Birləşmiş Ştatlarının PSA “Public Speakers Association” təşkilatı ilə əməkdaşlıq edir. Hər il müxtəlif ölkələrdə baş tutan “Beynəlxalq Natiqlər Konfransı” dünyanın hər yerindən korporativ işçiləri, şirkət rəhbərlərini, natiqləri, biznes liderlərini bir araya gətirir. Konfransda Azərbaycandan seçilən şəxslər iştirak edirlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 603
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 210
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 249
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 51
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 141
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 895
2 günlük Lənkəran və...