Cümə, 5 Sentyabr, 2025

Azərbaycan Beynəlxalq Bankında Təcrübə Proqramı


  • Dərc edildi: 19 Mart, 2018 - 11:44
Azərbaycan Beynəlxalq Bankında Təcrübə Proqramı

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq. Vəzifə öhdəlikləri:  

  • Korporativ müştərilərin sifarişlərinin qəbul olunması;
  • Maliyyə hesabatlarının təhlil olunması və müvafiq təhlil materiallarının hazırlanması;
  • Təhlil zamanı ortaya çıxan qeyri-müəyyənliklərin aradan qaldırılması üçün müştərilərlə görüşlərin keçirilməsi;
  • Kredit sifarişlərinin yekun analiz nəticələrini Kredit Komitəsinə təqdim olunması.
Şəxsi keyfiyyətlər:  
  • Analatiki bacarıqlar;
  • Ünsiyyət bacarığı;
  • Təqdimat bacarığı;
  • Problemləri həll etmə bacarığı;
  • Vaxtın idarəedilməsi;
Vakant vəzifə üzrə tələblər:
  • Ali iqtisadi təhsil;
  • Azərbaycan, Rus dillərin mükəmməl danışıq və yazı bacarığının olması, İngilis dil biliyi – yaxşı səviyyədə;
  • Ofis proqramlarında sərbəst işləmək bacarığının olması;
Bu iş sizə nələri qazandıracaq:
  • Bankın kreditləşmə sahəsində iş proseslərini dərindən öyrənmə imkanları;
  • İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
  • Təşkilatların maliyyə analizlərinin aparılması təcrübəsi;
  • Təcrübə müddəti sonunda işəqəbul olunma imkanları;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 Mart 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Təcrübəçi- Maliyyə təhlili” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 236
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...