«Medinex 2022» – Azərbaycanda tibb və səhiyyə sahələrini əhatə edən yeganə və ən mühüm kompleks tədbir, həmçinin istehsalçılar, distributorlar və sahə mütəxəssisləri görüş yeridir. Sərgi iştirakçıları məhsul və xidmətlərini təqdim etmək, potensial alıcı və tərəfdaşlar ilə işgüzar əlaqələr qurmaq və industriyanın ən müasir trendləri ilə tanış olmaq üçün unikal imkan əldə etmişlər. İnnovasiyalara fokuslanmış format, dövlət səviyyəsində dəstək və geniş beynəlxalq tərkib sərginin uğurlu olmasının əsas səbəbi olmaqla yanaşı növbəti illər üçün gözəl perspektivlər vəd edir. «Medinex 2019» – un statistikası: Şirkət : 70 Ölkə : 12 İştirakçı-ölkələr: Azərbaycan, Belarus, Almaniya, Qazaxıstan, İran, İtaliya, Monqolustan, Pakistan, Rusiya, Ukrayna, Xorvatiya, Yaponiya Sərginin bölümləri: IT-Med - tibbdə informasiya texnologiyaları Pharm-Med - dərman vasitələri, vitaminlər və bioloji aktiv əlavələr Lab-Med - laboratoriya texnologiyaları və avadanlıqlar Tech-Med - tibbi texnika və avadanlıq Stom-Med - stomatologiya Optika və oftalmologiya Tour-Med - tibbi turizm Edu-Med – diyetologiya və tibbi təhsil Tədbirlər proqramı 1-ci gün 3 noyabr, Cümə axşamı 10:00 - 11:00 Sərginin rəsmi açılış mərasimi (Bakı Ekspo Mərkəzi, foye) 11:00 - 18:00 Sərginin iş saatları 12:00 - 14:00 "Autizmin diaqnostikası və terapiyası - texnologiyalar" mövzusunda sessiya Çıxışçı: Yelisey Osin, həkim-psixiatr, Psixiatr və psixoloqların elmi əsaslı təcrübə naminə assosiasiyasının təsisçisi, Rusiya *Azərbaycan dilinə sinxron tərcümə təmin olunacaq (Bakı Ekspo Mərkəzi, foye, təqdimat zonası) Qeydiyyat üçün link: https://medinex.az/az-eventregister/ 14:00 -15:50 Panel müzakirəsi: Xəstəliklərin diaqnostika və müalicəsində innovativ yanaşma Moderator: Emil İskəndərov Çıxışçılar: Prof. Qurbanxan Müslimov, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Mövzu: "Laparoskopik Cərrahiyyədə Müasir Texnologiyaların Tətbiqi" T.ü.f.d. Dosent Faiq Mirzəzadə, Akademik M.A.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzi, Uşaq Ürək Cərrahiyyəsi şöbəsi Mövzu: "Uşaqlarda açıq ürək əməliyyatlarından sonra inkişaf edən ürək çatmamazlığının müalicəsində peritoneal dializin rolu" Prof., t.e.d. Kamran Musayev, T.ü.f.d.Üzeyir Rəhimov, T.ü.f.d. Ülvi Mirzoyev, Azərbaycan Kardiologiya Cəmiyyəti Mövzu: "Ürək damar xəstəliklərinə çox tərəfli baxış" Cəbrayıl Cəbrayılov, Azərbaycan Nefroloqlar cəmiyyətinin rəhbəri Mövzu: "Periton dializi və onun tətbiqi" (Bakı Ekspo Mərkəzi, foye, təqdimat zonası) 15:50 - 16:30 Panel mövzusu: Diaqnostikada yeni nəsil sistemlər və kliniki faydaları Məruzəçilər: Dos.Dr.Iskender Karaltı, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik klinikasının laboratoriya müdiri Mövzu: "Mikrobiologiyada cari yanaşmalar və yeni sınaq modelləri" Mahsa Mutlu, İmmunoassay Ürün müdiri, Biomerieux Mövzu: "İmmunoassay Testlərdə Yeniliklər" (Bakı Ekspo Mərkəzi, foye, təqdimat zonası) 16:30 - 17:00 Çıxışçılar: Yunus Əfəndiyev, Azərbaycan Radiologiya Cəmiyyətinin sədri Mövzu: "Azərbaycanda KT ve MRT müayinələrinin qısa tarixi" Robinson Li, United Imaging şirkətinin Baş direktoru Mövzu: "KT-də yeni texnologiyalar" (Bakı Ekspo Mərkəzi, foye, təqdimat zonası) QEYDİYYAT
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb