Cümə, 5 Sentyabr, 2025

Azərbaycan dili imtahanında iştirak edəcək rus bölməsi abituriyentlərinin nəzərinə!


  • Dərc edildi: 1 Aprel, 2018 - 21:56
Azərbaycan dili imtahanında iştirak edəcək rus bölməsi abituriyentlərinin nəzərinə!

Ali təhsil müəssisələrinə və tam ( 11 illik ) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən rus bölməsinin abituriyentləri, yəni elektron ərizələrində imtahan verəcəkləri dil kimi rus dilini seçən abituriyentlər Azərbaycan dili fənnindən də imtahan verməlidirlər.

Həmin abituriyentlər üçün Azərbaycan dili fənni üzrə birinci imtahan aprelin 22-də, ikinci imtahan isə iyunun 10-da keçiriləcək. Nəzərinizə çatdırırıq ki, birinci Azərbaycan dili imtahanında iştirak etmək istəyən rus bölməsinin abituriyentləri mütləq 10 aprel saat 23:59-dək elektron ərizələrini təsdiq etməlidirlər (əlavə qeydiyyat tələb olunmur). Qeyd olunan tarixədək elektron ərizələrini təsdiq etməyən abituriyentlər birinci Azərbaycan dili imtahanına buraxılmayacaqlar. Yəni 11 aprel tarixindən 30 aprel tarixinədək ərizələrini təsdiq edən rus bölməsinin abituriyentləri yalnız ikinci Azərbaycan dili imtahanında iştirak edə biləcəklər.

Aprelin 10-dək ərizələrini təsdiq edən rus bölməsinin abituriyentləri ilk imtahanda iştirak edə bilmədikləri və yaxud imtahandan “qeyri-məqbul”qiymət aldıqları halda ikinci Azərbaycan dili imtahanında iştirak etmək üçün mayın 18-dən 29-dək əlavə qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, ali təhsil müəssisələrinə və tam ( 11 illik ) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən və 2017-ci ildə Azərbaycan dili fənni üzrə imtahandan “məqbul” qiymət alan rus bölməsinin abituriyentlərinin nəticələri bu il də qüvvədə qalacaq və həmin abituriyentlər bu il yenidən Azərbaycan dili fənni üzrə imtahan verməyəcəklər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 236
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...