Cümə axşamı, 9 Aprel, 2026

“Azərbaycan mədəniyyət tarixinin problemləri əlyazmalarda” - Elmi konfrans


  • Dərc edildi: 28 Fevral, 2018 - 03:44
“Azərbaycan mədəniyyət tarixinin problemləri əlyazmalarda” - Elmi konfrans

2018-ci ilin mart ayında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 31 Mart soyqırımının 100 illiyinə həsr olunmuş “Azərbaycan mədəniyyət tarixinin problemləri əlyazmalarda” mövzusunda XVI ənənəvi respublika elmi konfransı keçiriləcək.

Tədbir Prezident İlham Əliyevin 18 yanvar 2018-ci il tarixli “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına uyğun olaraq keçiriləcək.

Elmi məruzə ilə konfransda iştirak etmək istəyən tədqiqatçılar 28 fevral 2018-ci il tarixinədək məruzələrinin tam mətnlərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Məruzələrin tərtibinə dair tələblər:

- kağızın formatı - A4, Word redaktorunda;

- məruzənin başlığı Times New Roman, 14 Pt, tünd, böyük hərflərlə ortada olmalıdır;

- müəllifin adı, soyadı, elmi dərəcəsi (varsa), işlədiyi (oxuduğu) müəssisənin adı, elektron ünvanı açıq şəkildə, Times New Roman, 12 Pt, normal, sol qıraqdan yazılmalıdır;

- həcmi - 5 səhifədən çox olmamalıdır;

- şrift - Times New Roman 12;

- sətirlərarası interval - 1,5;

- istinadlar mətnin içində (5, 124) şəklində;

- ədəbiyyat siyahısı məruzənin sonunda verilməlidir;

- məruzənin sonunda xülasə ingilis dilində (2-4 cümlə).

Təşkilat komitəsi məruzələrin seçilib ayrılması, düzəlişlərin edilməsi, habelə konfransın mövzusuna uyğun olmayan məruzələrin geri qaytarılması hüququnu özündə saxlayır. Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.

Ünvan: Bakı ş., İstiqalaliyyət küçəsi, 8.

Telefon: (+994 12) 492 63 33.

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 20
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 19
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 280
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 457
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 109
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 102
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 339
Məktəblilər üçün "FI...