Cümə, 5 Sentyabr, 2025

Azərbaycan xalçaları dünya rəssamlarının əsərlərində - SƏRGİ


  • Dərc edildi: 22 Oktyabr, 2018 - 17:41
Azərbaycan xalçaları dünya rəssamlarının əsərlərində - SƏRGİ

24 oktyabr tarixində Art Tower qalereyasında Arts Council Azerbaijan Qeyri-Hökumət Təşkilatı, “Gənclər Şəbəkəsi”, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Dövlət Rəsm Qalereyası və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Dekorativ-Tətbiqi Sənət Festivalı” çərçivəsində gənc rəssam Fəridə Qarayevanın “Azərbaycan xalçaları dünya rəssamlarının əsərlərində” adlı fərdi sərgisi nümayiş olunacaq. Sərgidə Azərbaycan xalça növləri özünəməxsus şəkildə dünya rəssamlarının əsərlərində nümayiş olunacaq. Məhz “Azərbaycan xalçaları dünya rəssamlarının əsərlərində” sərgisi üçün hazırlanan 20 əsər öz orijinallığı ilə seçilir. Sərginin məqsədi milli ənənələrə əsaslanaraq rəssamın müasir əsərlərində xalça sənətini təbliğ etməkdir. Fəridə Qarayeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Xalçaçı rəssam ixtisasında təhsil alıb, çoxsaylı sərgi, plener və festivallarda iştirak edib. Uzun illər Gənclər Şəbəkəsi təşkilatının icraçı direktoru vəzifəsində çalışıb. Sərginin açılışı 24 oktyabr 2018ci il tarixində saat 19:00 baş tutacaq və 31 oktyabr tarixinədək davam edəcək. İnformasiya dəstəyi: Trend.az, Day.az, Milli.az, Yanicaq.az, Art, Azetac, Frame.az, CityMag Şərab dəstəyi: GALA brendi Giriş sərbəstdir

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 497
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 192
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 242
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 139
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 892
2 günlük Lənkəran və...