Cümə, 23 Oktyabr, 2026

"Cümhuriyyət" kuboku - İntelektual yarışma


  • Dərc edildi: 11 Aprel, 2018 - 20:06
"Cümhuriyyət" kuboku - İntelektual yarışma

Ölkəmizin bütün tələbələrinə səslənirik! "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə Respublikamızın davamçısı olduğu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Cümhuriyyət" kuboku baş tutacaq! -------------------------------------------- Bakı Ali Neft Məktəbinin təşkilati dəstəyi, "Bakı Ali Neft Məktəbi" İntellektual Oyunlar Klubunun və Bakı Mühəndislik Universitetinin "Prometey" İntellektual Klubunun təşkilatçılığı ilə paytaxtımızda keçiriləcək turnir 2 mərhələdən ibarət olacaq. Komandaların yalnızca eyni universitet tələbələrindən qurulmalı olduğu yarışda bakalavriat və magistratura pillələrində təhsil alan tələbələr oynaya biləcək və ilkin olaraq 14 aprel tarixində turnirin seçim turu baş tutacaq. Bu turda ən uğurla çıxış etmiş 28 komanda isə düz bir həftə sonra, 21 apreldə baş tutacaq əsas mərhələyə vəsiqə qazanacaq! -------------------------------------------- Əsas mərhələsi Bakı Ali Neft Məktəbinin yeni kampusunda baş tutacaq turnirin seçim turunun məkanları müxtəlif universitetlər olacaq. Bu barədə məlumatı qarşıdakı günlərdə ala biləcəksiniz. Bakı Ali Neft Məktəbinin yeni kampusu isə Bibiheybət qəsəbəsində yerləşir:

nXtbFV0bTnwWypNww9ErCXtOYwWf38ZDrmSx6fkE5cDKaKFggtxfNXFe_hOXj-FUgZNd2f1PzP" target="_blank" rel="nofollow noopener">https://goo.gl/maps/YqJTfHbvFJP2 -------------------------------------------- Turnirin 24 suallıq seçim turu bütün məkanlarda eyni saatda, 14:10dan gec olmayaraq başlayacaq. Əsas mərhələnin saatı isə 11:30dur və bu turda komandaları 60 bir birindən maraqlı sual gözləyəcək! Turnirin sual müəllifləri aşağıdakı kimidir. Seçim turu: Cavid Məmmədov və Vüqar Əliyev Əsas mərhələ: Namiq Quluzadə, Emil Yusublu, Rahib Məhərrəmzadə və Qorxmaz Aydınlı Baş redaktor: Rahib Məhərrəmzadə -------------------------------------------- Turnirdə iştirak haqqı yoxdur, əvəzində isə qaliblər bizdən mükafatlar qazanacaqlar! Qeydiyyatdan keçməyə tələsin! Formunu doldurarkən qaydalarla tam tanış olduğunuzdan əmin olun:http://bit.do/cumhuriyyetkuboku Əlavə məlumat və suallar üçün: 1. https://www.facebook.com/bhosintellectual/ 2. https://www.facebook.com/PrometeyIK/ Email: [email protected]

Ən Son Məqalələr

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 76
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 104
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 285
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 984
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 356
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 539
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 628
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 755
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 701
“Biologiyanın intera...