Cümə, 5 Sentyabr, 2025

AZƏRBAYCANDA İLK DƏFƏ SOSİAL SAHİBKARLIQ HAQQINDA FİLM ÇƏKİLİB


  • Dərc edildi: 4 Sentyabr, 2020 - 21:27
AZƏRBAYCANDA İLK DƏFƏ SOSİAL SAHİBKARLIQ HAQQINDA FİLM ÇƏKİLİB

Sosial sahibkarlıq konsepsiyası cəmiyyətdə bərabərlik, inkluzivlik kimi dəyərləri təbliğ və təşviq edən yanaşma kimi tanınır. Sosial sahibkarlıq və təhsil sahəsində ixtisaslaşan Education HUB tərəfindən Azərbaycanda ilk dəfə Sosial sahibkarların fəaliyyəti ilə daha yaxından tanış olmaq və onların hekayələrindən bəhs etmək üçün “Paylaşılan Uğur” adlı filmi hazırlanıb. Filmin çəkilişlərini “Post Vision” media qrupu həyata keçirib. Film bu sahədə ilk resurs hesab olunur və müxtəlif sosial sahibkarlıq istiqamətlərinə dair məlumat verir. Filmin nümayişi və müzakirəsi 30 Avqust 2020-ci ildə ABŞın Missuri Universitetinin məzunu, teatrşünas Zərif Bəkirovanın moderatorluğu ilə həyata keçirilib. Film Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi - Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində hazırlanıb.   1.jpeg8.jpeg12.jpeg15.jpeg18.jpeg

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 236
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...