Bazar, 18 May, 2025

"Azərbaycanda Korporativ Sosial Məsuliyyət" - Seminar


  • Dərc edildi: 3 Sentyabr, 2018 - 13:31
"Azərbaycanda Korporativ Sosial Məsuliyyət" - Seminar

Son dövrlərdə kəskin rəqabət səbəbindən Korporativ Sosial Məsuliyyətin (KSM) əhəmiyyəti xeyli dərəcədə artıb. Bu baxımdan KSM-in şirkətlərin menecment reputasiyasına, yüksək brend dəyərinə və sadiq müştəri yarada bilmək üçün tətbiq etdiyi siyasət halına gəlməsi təsadüfi deyil. KSM-lərin Azərbaycan cəmiyyətindəki yeri, gördüyü fəaliyyətlə yaxından tanış olmaq üçün EduHUB və SBYC tərəfindən keçirilən növbəti tədbirə respublikanın ən qabaqcıl və innovativ banklarından olan AccessBankın nümayəndəsini dəvət etmişik. Tarix : 8 Sentyabr 2018, saat 12.00 Mövzu: "Azərbaycanda Korporativ Sosial Məsuliyyət siyasəti üçün aktual olan sahələr və sosial məsələlər” Məkan: Baku İdea Lab (Caspian Plaza, 3-cü mərtəbə, Cəfər Cabbarı küç.44, Nizami metrosunun yaxınlığı) Müddət: 1.5 saat Dil: Azərbaycan dili ___________________________ Spiker: Marta Rzayeva - Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsinin bakalavr və magistr məzunu - Hal-hazırda “AccessBank”ın Marketing departamentinin baş mütəxəssisi, daha öncə Satış və Biznes İnkişafı departamentin baş mütəxəssisi kimi fəaliyyət göstərib. _________ Tədbirdə müzakirə olunacaq:  Dünyada KSM üzrə son trendlər  Azərbaycanda KSM siyasəti sahəsindəki vəziyyət  AccessBank-ın KSM fəaliyyəti üzrə təcrübəsi və son sosial layihələri Tədbir interaktiv şəkildə aparılacaq. İştirak ödənişsizdir. Yerlər məhduddur. Qeydiyyat linki: https://goo.gl/forms/12390dmc4ZShHmUn2 Qeydiyyat üçün son tarix : 7 Sentyabr 2018, 18.00 Əlaqə: +994 77 455 47 46 +994 50 726 39 03 [email protected] [email protected]

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb