Cümə axşamı, 9 Aprel, 2026

Azərbaycanda VI Robot Olimpiadası keçiriləcək


  • Dərc edildi: 1 May, 2023 - 22:09
Azərbaycanda VI Robot Olimpiadası keçiriləcək

İyul ayının 21-23 2023-cü il tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi , World Robot Olympiad ( Dünya Robot Olimpiadası Assosiasiyası ) , AREA -Azerbaijan Robotics Engineering Academy ( AREA-Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının ) birgə təşkilatçılığı ilə Azərbaycanda VI Robot Olimpiadası keçiriləcək.
Olimpiadada müxtəlif kateqoriyalar üzrə qalib gələn komandalar 07-09 noyabr 2023-ci il tarixlərdə Panamada keçiriləcək Dünya Robot Olimpiyadasında ölkəmizi təmsil etmək imkanı qazanacaq.
Olimpiadada iştirak etmək istəyən komandalar aşağıdakı linkə daxil olmaqla, may 10-dək qeydiyyatdan kecə bilərlər:
Bu qeydiyyat formu Dünya Robot Olimpiadası 2023 Azərbaycan üçün seçim mərhələsində iştirak etmək istəyən komandalar üçün nəzərdə tutulmuşdur Kateqoriyalar: 'RoboMission'-Xəritə üzərində verilmiş tapşırıqların vaxt məhdudiyyəti daxilində həll edilməsi 'RoboSports' -Robot Masası üzərində double-tennis oyunu 'Future İnnovators' -`Layihələr və start-uplar`-ın təqdim edilməsi
'Future Engineers' Yarışma Kateqoriyaları və qaydalar haqqında daha ətraflı aşağıdakı keçiddən(link) əldə edə bilərsiniz https://wro-association.org/competition/2023-season/
*** Bir Təlimçi yalnız 1 komandaya rəhbərlik edə bilər ***
*** Senior (14-19) yaş kateqoriyası üçün komanda rəhbəri (təlimçi) tələbi yoxdur. *** Yarışma müddətində plagiarism (robot dizayn, programların alınması və kopyalanması) halları aşkarlanarsa heç bir xəbərdarlıq edilmədən komanda yarışmadan kənarlaşdırılacaqdır *** Future İnnovators kateqoriyası üzrə əvvəlki illərdə və yaxud əvvəlcədən başqa yarışmalarda təqdim edilən layihələr aşkarlanarsa həmin komanda üçün dəyərləndirilmə prosesi keçirilməyəcəkdir.
*** Əvvəlki illərdə yarışmaya qeydiyyatdan keçib ancaq heç bir bildiriş etmədən yarışmada iştırak etməyən iştırakçıların bu il yarışmaya qoşulmasına məhdudiyyətlər tətbiq edilə bilər.
*** Yarışma zamanı və yarışmadan sonra etik qaydaları pozan , hakimlərə , könüllülərə , və yarışma təşkilatına böhtan , təhkir və qərəzli daranış edən hər hansı bir komanda iştırakçısına görə komanda diskalifikasiya edilə bilər. Beynəlxalq təşkilatın tələblərinə uyğun ətraflı sənədlə tanış ola bilərsiz. (https://wro-association.org/wp-content/uploads/2021/08/WRO-Guiding-Principles-and-Ethics-Code-2022.pdf)
*** Əvvəlki illərdə hər hansı səbəbdən kənarlaşdırılan iştırakçılar cərimə müddəti bitənə qədər yarışmalara iştırakına məhdudiyyət qoyula bilər.
Son qeydiyyat Tarixi : 10 May 2023 saat 23:59
Ölkə Finalı üçün yarışma 7-9 iyul 2023-cü ildə keçiriləcək və hər hansı bir dəyişikliklər barədə rəsmi facebook səhifəsində paylaşılacaqdır.
Dünya Finalı isə 7-9 noyabr 2023 tarixlərində Panamanın Panama şəhərində keçiriləcəkdir.
*** Əlavə sual və müraciətləriniz üçün [email protected] e-mail ünvanına yaza bilərsiniz

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 19
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 18
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 279
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 456
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 108
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 101
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 339
Məktəblilər üçün "FI...