Şənbə, 6 Sentyabr, 2025

“Aztelekom”da “2018 Yay Təcrübə Proqramı”


  • Dərc edildi: 3 İyun, 2018 - 03:02
“Aztelekom”da “2018 Yay Təcrübə Proqramı”

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti ali təhsil müəssisələrinin III və IV kurs tələbələrini “2018 Yay Təcrübə Proqramı”nda iştirak etməyə dəvət edir. 3 ay müddətində (iyun, iyul, avqust) nəzərdə tutulmuş proqramın əsas məqsədi karyerasında ilk addımlarını atmağa başlayan gəncləri “Aztelekom”un iş mühiti ilə tanış etmək, praktiki biliklərlə təmin etmək və onların işə hazırlıq bacarıqlarını inkişaf etdirməkdir. Seçimdən uğurla keçən namizədlər “Aztelekom” MMC-nin informasiya texnologiyaları, radiotexnika-telekommunikasiya, insan resurslarının idarə edilməsi, maliyyə-mühasibatlıq, satış və marketinq sahələrində təcrübə keçmək imkanına malik olacaqlar. “Aztelekom” MMC-nin “2018 Yay Təcrübə Proqramı” Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Xəzər Universiteti tələbələrı arasında pilot layihə olaraq 30-35 nəfər tələbəni əhatə edəcək. Proqramda iştirak etmək üçün müraciətlər CV əsasında 4 iyun 2018-ci il tarixinə qədər [email protected] ünvanı vasitəsilə qəbul olunacaq. Məktubun mövzusunda “Yay təcrübə proqramı” sözlərinin qeyd olunması zəruridir. Qeyd edək ki, təcrübədə iştirak edən və yekunda dəyərləndrimə aparıldıqdan sonra nəticəsi yüksək olan tələbələrin adları təşkilatın kadr bazasında ehtiyat və gələcək potensial kadrlar statusunda saxlanılacaq. Təcrübə proqramı başa çatdıqdan sonra bütün iştirakçılar qiymətləndiriləcək və onlara layihədə iştirak etdiklərini təsdiq edən sənəd təqdim olunacaq.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 574
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 204
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 246
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 49
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 141
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 895
2 günlük Lənkəran və...