Şənbə, 5 İyul, 2025

Bakı, Sumqayıt və Abşeronda Gənc İqlim Elçilərinin seçimi başlayır


  • Dərc edildi: 15 Sentyabr, 2023 - 23:10
Bakı, Sumqayıt və Abşeronda Gənc İqlim Elçilərinin seçimi başlayır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi və UNICEF Azərbaycanın birgə təşəbbüsü ilə #YaşılüçünGəncİqlimElçiləri həştəqi ilə Gənc İqlim Elçilərinin seçimi başlayır.
Layihənin əsas məqsədi gənclərin bilik və bacarıqlarının artırılması yolu ilə onları iqlim dəyişikliyi və ətraf mühitin qorunması sahəsində təşəbbüslərə cəlb etməkdir. Seçilmiş Gənc İqlim Elçiləri gənclərin, eləcə də, digər geniş əhali qruplarının iqlim böhranı və ətraf mühitin mühafizəsi barədə maarifləndirilməsində fəal rol oynayacaq.
Layihə eyni zamanda, gənclərin dövlət, özəl müəssisələr və digər tərəfdaşlarla əməkdaşlıq etməsinə, iqlim dəyişikliyi, ətraf mühitin mühafizəsi ilə bağlı birgə təşəbbüslərin həyata keçirilməsinə şərait yaradacaq.
Layihənin ilkin mərhələsində Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda məskunlaşan gənclərin seçilməsi nəzərdə tutulur. Əsas seçim meyarları:
✓ 18-22 yaş aralığı;
✓ İcma təşəbbüsləri və könüllülük təcrübəsi;
✓ Əla kommunikasiya və təqdimat bacarıqları, fikirlərini effektiv şəkildə ötürmə qabiliyyəti;
✓ İqlim dəyişikliyi fəaliyyətləri və ətraf mühitin qorunması mövzusunda öyrənmək həvəsi;
✓ İqlim təşəbbüsləri, COP və digər iqlimlə bağlı qlobal fəaliyyətlərlə əlaqəli məlumatlılığın olması üstünlükdür;
✓ Səlis Azərbaycan dili, ingilis dili biliklərinə sahib olmaq üstünlükdür;
✓ Davamlı öyrənmək arzusunda olmaq və komanda ilə işləmək bacarıqlarının olması.
Seçilmiş namizədlər layihənin ilkin mərhələsində aşağıdakı fəaliyyətlərə cəlb ediləcək:
İqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin qorunması sahəsində bilik və bacarıqların artırılması;
Şəhər və kənd yerlərində yaşayan yeniyetmə və gənclərin iqlim dəyişikliyi üzrə məlumatlılığının artırılması;
İqlim dəyişikliyi ilə mübarizə sahəsində keçirilən yerli və qlobal təşəbbüslərdə iştirak üçün imkanların yaradılması;
Ölkə üzrə iqlim dəyişikliyi ilə bağlı verilən qərar və layihələrdə gənclərin iştirakçılığının dəstəklənməsi.
Gənc İqlim Elçilərinə ekspertlər və DİM üzrə Gənc Səfirlər tərəfindən qlobal məqsədlərin icrası və iqlim hərəkatı haqqında daha ətraflı məlumatlar veriləcək, onların region gənclərinin inkişafı üçün aktiv səfərlərdə iştirakı təşkil olunacaq.
Maraqlanan namizədlər 25 sentyabr, saat 18:00-a qədər aşağıda tələb olunan formatda elektron ərizə forması doldurmalıdır.
Elektron müraciət forması: https://tinyurl.com/3uk3sfff
Müraciətdə "Nəyə görə məhz mən İqlim Elçisi seçilməliyəm?” mövzusunda 2 dəqiqəlik "reels”/video hazırlanmalıdır. Müraciət formalarındakı məlumat və videolar təhlil edilərək ilkin mərhələdən keçmiş namizədlər müsahibə mərhələsinə dəvət alacaq.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 05:03 24
“Texnologiyanın tətb...
Ödənişsiz və Təqaüdlü 10 müxtəlif Peşə Hazırlığı kursuna Qeydiyyat!
10 İyun, 2025 - 21:00 425
Ödənişsiz və Təqaüdl...
Mükafat fondu 30.000 AZN olan bütün regionlar üzrə inkubasiya proqramına qeydiyyat!
08 May, 2025 - 17:02 283
Mükafat fondu 30.000...
"Gənc Tədqiqatçılar 2" proqramına QEYDİYYAT!
02 May, 2025 - 16:52 389
"Gənc Tədqiqatçılar ...
TAM FƏRQLI TRABZON-RIZƏ-BATUMI TURU
02 May, 2025 - 11:52 281
TAM FƏRQLI TRABZON-R...
İİTKM-də “GIS-Tech Marathon 2025”in qaliblərinin mükafatlandırılması baş tutub
29 Aprel, 2025 - 19:40 264
İİTKM-də “GIS-Tech M...