Cümə, 5 Sentyabr, 2025

Bakıda "International Agro Business Forum-2024" keçiriləcək


  • Dərc edildi: 5 Fevral, 2024 - 13:35
Bakıda "International Agro Business Forum-2024" keçiriləcək

KOBSKA və AGRO TV Azərbaycanın birgə təşkilatçılığı ilə “International Agro Business Forum-2024” layihəsi həyata keçiriləcək.
20-21 fevral 2024- cü il tarixində baş tutacaq forumun yenidən keçirilməsində əsas məqsəd Azərbaycan və Türkiyə KOB Subyektləri arasında əməkdaşlığın gücləndirilməsi, investorların Azərbaycana cəlb olunması və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinin satış imkanlarının artırılmasıdır. 2024-də həyata keçiriləcək forum ötən ilkinə nisbətən daha böyük formatda və daha maraqlı proqramla təşkil olunacaq.
Layihə müddətində dövlət rəsmilərinin çıxışı, Azərbaycanın və eləcə də dünyanın aqrar sahədəki qabaqcıl şirkətlərinin, dövlət qurumlarından olan nümayəndələrin iştirakı ilə təşkil olunan panellərdə sektorun gündəminin müzakirə olunması, B2B görüşlərin və konfransın keçirilməsi, biznes əlaqələrinin qurulması planlaşdırılıb. Forumda bir çox ölkələrdən nümayəndələrin və investorların iştirakı nəzərdə tutulur. Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) layihənin tərəfdaşı qismində çıxış edəcəkdir.
Nəzərinizə çatdıraq ki, 2023-cü il 28 fevral-01 mart tarixlərində Türkiyə Cümhuriyyəti Tarım və Orman Bakanlığının tərəfdaşlığı, AGRO TV Azərbaycanın və KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə "İnternational Agro Business Forum2023" forum-sərgisi baş tutub. Forum-sərgidə Azərbaycan, Türkiyə, İsrail, Rusiya Federasiyası, Almaniya, Fransa, Pakistan, Özbəkistan, Qazaxıstan, Macarıstan kimi ölkələrdən gələn 100-dən çox iş adamı, ümumilikdə 600-dən çox ziyarətçi iştirak edib.
Qeydiyyatdan keçmək üçün: https://forms.gle/4PKzrPhBEoWz8xx29
️ Ödənişsiz bilet əldə etmək üçün: https://ebiletstore.com/event/international-agro-business-forum Başlama tarixi: Çərşənbə axsamı, 20 Fevral 2024 saat: 10:00 Bitiş tarixi: Çərşənbə, 21 Fevral 2024 saat: 18:00
Əlaqə üçün: +994 51 230 3935
Məkan: Baku Marriott Boulevard Hotel
İştirak etmək ödənişsizdir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 232
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...