Şənbə, 6 Sentyabr, 2025

4-cü dəfə Bakıda Milli İnsan Resursları Forumu keçiriləcək


  • Dərc edildi: 14 Sentyabr, 2018 - 19:34
4-cü dəfə Bakıda Milli İnsan Resursları Forumu keçiriləcək

20 oktyabr Bakıda Milli İnsan Resursları Forumu (MİRF2018) keçiriləcək. Bu il artıq 4-cü dəfə təşkil olunacaq tədbir 3 paneldən ibarət olmaqla yerli və xarici 13 spiker çıxış edəcəkdir. Avropa Azərbaycan Məktəbinin Badamdar filialında, 800 nəfərlik tədbir zalında baş tutacaq tədbirdə şirkət rəhbərləri, sahibkarlar, dövlət və özəl sektor nümayəndələri, insan resursları sahəsində çalışan peşəkarlar, təlimçilər, peşəkar kouçlar, tədris mərkəzi işçiləri, bu sahə üzrə təhsil sistemi işçilərinin iştirakı gözlənilir. Bu il spikerlərin xüsusi seçilməsi sayəsində ən az 300 şirkətin foruma qatılacağı planlaşdırılıb. Bu ilki forum şüarını “Orta Yol” olaraq müəyyənləşdirdiklərini bildirən MİRF həmtəsisçisi və layihənin rəhbəri Cabir Süleymanlı şüarlarını belə izah edir: - “Dünyamız hər gün texnologiyaya daha çox aludə olur, dijitallaşır və İnsan Resursları (İR) sahəsi də bundan geri qalmır. İR sahəsində də avtomallaşma (ERP proqramlar və s.) və dijital aləmdə mövcud olma (Linkedin, digər sosial şəbəkələr və s.) önəmli rol oynayır. Avtomatlaşdırma nə qədər də şirkətin əmək haqqı yükünü azaltsa və biznes prosesləri asanlaşdırsa da insan faktorunu gözardı edə bilmərik. Bir sosial faktor kimi insan həmişə mövcuddur və bu yönü ilə həm də şirkətlərdə Korporativ Sosial Məsuliyyət (CSR) tərəfini əks etdirməkdədir. Bu baxımdan dijitallaşan və avtomatlaşan iş dünyasında və eləcə də İR-da bir "Orta yol" olmalıdır. Biz də vurğumuzu buna etmək, bu ilki çox dəyərli yerli və xarici spikerlərimizlə bunu müzakirəyə çıxarmaq istəyirik.” Qeyd edək ki, 20 oktyabr tarixində gün boyu (09:00-18:00) davam edəcək forumun biletləri artıq satışdadır. Biletləri tədbirin www.azmirf.com internet saytında qeydiyyatdan keçərək, iTicket bilet satış portalı üzərindən online olaraq, MİRF facebook səhifəsinə yazaraq və ya +994 50 254 56 86 nömrəsi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 597
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 210
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 249
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 51
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 141
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 895
2 günlük Lənkəran və...