Bazar ertəsi, 3 Noyabr, 2025

“Baku Crystall Hall” da Azərbaycanrəssamlarının “Respublika Satış Sərgisi” keçiriləcək


  • Dərc edildi: 11 İyun, 2019 - 14:32
“Baku Crystall Hall” da Azərbaycanrəssamlarının “Respublika Satış Sərgisi” keçiriləcək

14 iyun-28 iyun 2019-cu il tarixlərində “Baku Crystall Hall” da Azərbaycan
rəssamlarının “Respublika Satış Sərgisi” keçiriləcək.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm
Qalereyası və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə baş tutacaq sərgi
cari il mart ayının 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın görkəmli mədəniyyət
xadimlərinin bir qrupu ilə görüşündə SSRİ Xalq rəssamı Tahir Salahovun irəli
sürdüyü ümumrespublika təsviri sənət sərgisinin keçirilməsi təklifi əsasında
həyata keçirilir.
Bu tədbirin keçirilməsində əsas məqsəd özünəməxsus tarixə və
ənənələrinə malik olan Azərbaycan incəsənətinin bugünkü səviyyəsini ən qiymətli
sənət nümunələri əsasında sərgiləməkdən ibarətdir.
Sərgidə Azərbaycanın tanınmış rəssamları ilə yanaşı orta və gənc nəsil,
həmçinin regionlarda yaşayan isdedadlı rəssamlarının iştirakı və onların
rəngkarlıq, qrafika, heykəltəraşlıq əsərlərinin nümayişi nəzərdə tutulur.
Ekspozisiyada XX əsrin 90-cı illərində Azərbaycan Respublikasının
müstəqilliyi şəraitində milli mədəniyyətin, o cümlədən təsviri sənətin inkişafında
yer tutmuş sənətkarların yaradıcılığı ilə bərabər romantik əsərlər, Azərbaycan
folkloru və miniatürlə bağlı dekorasiyalar, divar rəsmləri və illüstrasiyalar, portret
silsilələri öz əksini tapacaqdır.
Sərginin açılışı 14 iyun saat 19:00-da “Baku Crystall Hall” Mətbuat
Mərkəzində baş tutacaq.
Sərgiyə giriş sərbəstdir. Mətbuat nümayəndələri dəvətlidir.

Ən Son Məqalələr

Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 339
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 381
Qubadlıya öz sahiblə...
Tusi-Bohm Planetariumda “Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı keçirildi
22 Oktyabr, 2025 - 15:34 53
Tusi-Bohm Planetariu...
“Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı
20 Oktyabr, 2025 - 14:43 57
“Astronomiyada Əsas ...
“İkiqay” əsərinin müəllifi bu həftə Bakıya gəlir!
20 Oktyabr, 2025 - 14:19 52
“İkiqay” əsərinin mü...
Dövlət İmtahan Mərkəzində Könüllülük Qeydiyyatı davam edir
19 Oktyabr, 2025 - 17:04 223
Dövlət İmtahan Mərkə...