Çərşənbə axşamı, 4 Noyabr, 2025

"Bank Respublika" da - Yay təcrübə proqramı


  • Dərc edildi: 15 İyun, 2018 - 22:24
"Bank Respublika" da - Yay təcrübə proqramı

Bank Respublika TƏCRÜBƏ PROQRAMI elan edir! Uyğun gördüyünüz dostlarınızı da qeyd edin, xəbərdar olsunlar! Yay Təcrübə ProqramıBank Resplika ASC” istedadlı və motivasiyalı universitet tələbələri üçün “Yay Təcrübə Proqramı” elan edir. Biz Sizə Bankın müxtəlif sahələrində bacarıq və biliyin artırılmasına yönəlik innovativ və sosial məqsədlər daşıyan təcrübə proqramı təklif edirik. Biz kimləri axtarırıq? Biz savadlı, özünə güvənən, Azərbaycanda və xarici ölkələrdə təhsil alan tələbələri yay təcrübə proqramına qoşulmağa dəvət edirik. Biz Bank Respublika olaraq yay təcrübə proqramında sizlərə nə vəd edirik? Biz Bankın ən güclü mütəxəssilərinə və menecerlərinə size təhkim etməklə, sizə təcrübə keçəcəyiniz sahə üzrə çox dərin biliklərə yiyələnmək, güclü komandada işləmək, gələcək karyeranızda böyük nailiyyətlər əldə etmək imkanı yaradırıq. Proqramın təsviri: Yay Təcrübə Proqramı güclü potensialı və Bank daxilində sürətli adaptasiya nümayiş etdirmək qabiliyyətinə malik müxtəlif ixtisas sahələrindən olan tələbələr üçün nəzərdə tutulmuşdur. Proqram tələbələrə öyrəndiklərini “iş yerində tətbiq” imkanı verir, eləcə də seçim şansı qazanan namizədlər üçün kütlədən seçilmək və gələcək karyera yolunda düzgün seçimlər və böyük nailiyyətlər qazanmaq üçün bir özül yaradır. Karyera təşəbbüslərinizi gerçəkləşdirmək və müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı qazanacaqsınız. Tələblər: • Universitet tələbəsi (iqtisadiyyat və idarəetmə sahələrində təhsil alanlara üstünlük verilir); • İnsanlarla peşəkar ünsiyyət qurmaq bacarığı; • Yüksək analitik düşünmə qabiliyyəti; • Azərbaycan dilində səlis danışıq qabiliyyəti (İngilis və Rus dilləri arzu olunandır); • MS Office proqramları üzrə ümumi bilik; Təcrübə müddəti iyul və avqust ayları ərzində nəzərə tutulmuşdur. Uyğun namizədlərdən öz CV formalarını 24 iyun 2018-ci il tarixədək [email protected] ünvanına mövzu hissəsində “Yay Təcrübə Proqramı” yazmaqla göndərmələri xahiş olunur.

Ən Son Məqalələr

Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 341
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 386
Qubadlıya öz sahiblə...
Tusi-Bohm Planetariumda “Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı keçirildi
22 Oktyabr, 2025 - 15:34 57
Tusi-Bohm Planetariu...
“Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı
20 Oktyabr, 2025 - 14:43 59
“Astronomiyada Əsas ...
“İkiqay” əsərinin müəllifi bu həftə Bakıya gəlir!
20 Oktyabr, 2025 - 14:19 54
“İkiqay” əsərinin mü...
Dövlət İmtahan Mərkəzində Könüllülük Qeydiyyatı davam edir
19 Oktyabr, 2025 - 17:04 224
Dövlət İmtahan Mərkə...