Cümə axşamı, 9 Aprel, 2026

“Bank Respublika” Sumqayıt filialına işçi axtarır! - SON GÜN!


  • Dərc edildi: 26 Mart, 2018 - 00:41
“Bank Respublika” Sumqayıt filialına işçi axtarır! - SON GÜN!

“Bank Respublika” ASC Sumqayıt filialına “Kassir” vəzifəsi üzrə vakansiya elan edir. Artıq 25 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri: • Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək; • Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək; • Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək; • Dövriyyəyə yararsız pul əskinazlarının qəbul ed
ilməsi və dəyişdirilməsini həyata keçirmək; • Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq. Namizədə qarşı tələblər: • Ali təhsil; • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi arzuolunandır; • Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma; • Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti; • Azərbaycan dili sərbəst, rus və ingilis dili arzuolunandır; • MS Office (Word, Excel) proqramları üzrə biliklər; • Komandada işləmək bacarığı; • Əzmkarlıq, düzgünlük, çalışqanlıq. Sizə nə təklif edirik? • Əlverişli iş mühitində çalışmaq imkanı; • Karyera və inkişaf perspektivləri; Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 02 aprel 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Sumqayıt filialı/Kassir” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 20
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 19
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 280
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 457
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 109
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 102
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 339
Məktəblilər üçün "FI...