Şənbə, 6 Sentyabr, 2025

“Bank Respublika”da təcrübə proqramı! - SON QEYDİYYAT GÜNÜ!


  • Dərc edildi: 17 May, 2018 - 22:08
“Bank Respublika”da təcrübə proqramı! - SON QEYDİYYAT GÜNÜ!

“Bank Respublika” ASC İdarə Heyəti Sədrinin Ofisinə təcrübə proqramını (könüllü) elan edir. Artıq 25 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik. Ümumi vəzifə öhdəlikləri: • Bankın daxili sənəd dövriyyəsinin tənzimlənməsində əməkdaşlara dəstək vermək; • Zərurət yarandığı halda bankın rəhbər şəxslərinin qonaqlarının qarşılanması və yola salınmasını təmin etmək; • Ali idarəetmə orqanlarının iclaslarının təşkilində əməkdaşlara dəstək vermək; • Filial şəbəkəsinin idarəolunması ilə bağlı sorğuların aparılması və məlumatların toplanmasını təmin etmək; • Bankdan kənar müxtəlif dövlət qurumları və maliyyə nəzarəti orqanlarının təşkil etdiyi iclas və tədbirlərdən gələn dəvətləri izləmək və onların istiqamətləndirilməsində əməkdaşlara dəstək vermək. Namizədə qarşı tələblər: • Ali təhsil; • Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzuolunandır; • MS Office (Word, Excel) proqramları üzrə biliklər; • Yüksək ünsiyyət bacarığı; • Dəqiqlik və səliqəlilik; • Komandada işləmək bacarığı; • Gərgin iş qrafikində işləmək bacarığı. Sizə nə təklif edirik? • Əlverişli iş mühitində çalışmaq imkanı; • Karyera və inkişaf perspektivləri. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 may 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Təcrübə Proqramı” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 571
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 204
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 246
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 49
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 141
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 895
2 günlük Lənkəran və...