Cümə, 5 Sentyabr, 2025

"Battle of Brands" layihəsi


  • Dərc edildi: 18 Aprel, 2018 - 21:27
"Battle of Brands" layihəsi

Student Club Azerbaijan "Battle of Brands" layihəsi ilə sizlərin görüşünə gəlir. 21 aprel 13:00-da başlayacaq Student Club Azerbaijan-ın "Battle of Brands" layihəsinin məqsədi Cümhuriyyətin 100 illiyi münasibəti ilə Şirkətləri, Media qurumlarını və Gəncləri bir araya gətirməkdir. Tədbirimizdə Avrora LLC-nin marketoloqu, Laferalla-nın Brend Meneceri Novruz Rüstəmov ( Novak Rustamovič) öz təcrübələrini tədbir iştirakçıları ilə bölüşəcək. Ardınca müxtəlif şirkətləri təmsil edəcək komandalar tərəfdaş şirkətlərin verdiyi hədiyyə uğrunda mübarizə aparacaqlar. Digər İntellektual yarışlardan fərqli olaraq bu yarışda Məntiqinizlə yanaşı Brendlər haqqında məlumatlarınızdan da istifadə edib yarışmalı olacaqsız. Tədbirimizdə iştirak edən və təmsil olunan şirkətlər tədbirdəki media qurumlarına öz uğurları və fəaliyyətləri haqda məlumat vermək imkanı əldə edib, hədiyyələri və təcrübələri ilə müsabiqədə iştirak edəcək gənclərə dəstək olacaqlar. Tədbirdə iştirak edəcək media qurumları ölkəmizdə ilk dəfə keçiriləcək Battle of Brands yarışının bir parçası olacaqlar və Cümhuriyyətin 100 illiyi şərəfinə keçiriləcək bu tədbirin ictimaiyyətə çatdırılması üçün çalışacaqlar. İndi isə möhtəşəm üçlüyü tamamlamaq üçün növbə siz gənclərdədir, yalnız birlikdə olduğumuz zaman 3 rəngli bayrağı başımız üstünə qaldırıb, Bir kərə Yüksələn Bayraq Bir daha enməz deyə bilərik, bəs sən, bu məsuliyyətli, şərəfli və heç vaxt təkrarlanmayacaq bir anın bir parçası olmağa hazırsanmı ?! O zaman 5 nəfərlik Komandan ilə qeydiyyatdan keç, seçiləcək 8 Komandadan biri olmaq şansı əldə et. Yarışmaya qoşul və iştirakçı kimi təmsil edəcəyin şirkətlərdən hədiyyələr qazan. Qalib komandanı isə müxtəlif şirkətlərdən daha dəyərli hədiyyələr gözləyir! Təşkilatçılar: Student Club Azerbaijan Azad İstehlakçılar Birliyi Economy&Quality Journal Tədbir New Baku Hoteldə təşkil olunacaq. İştirak bütün gənclər üçün ödənişsizdir. Tədbirdə iştirak etmək üçün linkə daxil olub qeydiyyatdan keçin. Tədbirdə həm öz komandanızla qeydiyyatdan keçib yarışa qoşula, komandanız yoxdursa fərdi şəkildə qoşulmaqçün qeyd olunan linkdən qeydiyyatdan keçə bilərsiz. Əvvəlcə sizə marketinq haqda zəruri biliklər izah ediləcək, ardınca müsabiqəyə başlayacaqsız. Komanda ilə müsabiqəyə qoşulmaq üçün link: https://goo.gl/GXe2GB Fərdi şəkildə müsabiqəyə qoşulmaq üçün link (Komanda biz tərəfdən yaradılacaq): https://goo.gl/LJrx4H İzləyici kimi qeydiyyatdan keçmək istəyənlər üçün link: https://goo.gl/1dtmzo Ətraflı məlumat: 050 719 01 86

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 236
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...