Şənbə, 6 Sentyabr, 2025

“Biotibbi siqnallar” mövzusu üzrə seminar


  • Dərc edildi: 25 Oktyabr, 2018 - 13:20
“Biotibbi siqnallar” mövzusu üzrə seminar

Azərbaycan Elm Assosiasiyası Qafqaz Point Hotel-də 27 oktyabr 2018-ci il tarixində saat 11:30-da “Biotibbi siqnallar” mövzusu üzrə seminar keçirəcək. Bədənimizdə baş verən hər bir proses, hər bir dəyişiklik bizim sağlamlığımız haqqında dolğun informasiya mənbəyi hesab oluna bilər. Ürək döyüntüləri, qan təzyiqi, qanda şəkərin miqdarı, beyinin neyroloji aktivliyi kimi göstəricilər buna misal ola bilər. Həkimlərin diaqnostikasında əvəzolunmaz rolu olan bu göstəricilərin hər birinin arxasında biotibbi siqnallar və onların emalı və analizi məsələləri dayanır. Bu siqnalların əldə olunması və emalı isə biotibbi texnologiya mühəndislərinin fəaliyyət dairəsinə daxildir. Seminar çərçivəsində ən geniş yayılmış biotibbi siqnalların emal üsullarından olan elektrokardioqramma (EKQ) və elektromioqrafiya (EMQ) haqqında xüsusilə məlumat veriləcək. Bunlarla yanaşı, maqnit rezonans tomoqrafiya (MRT) üsulu və onun iş prinsipi də seminarda təqdim olunacaq. Təqdimatçı – Elman Kərimli Məkan – Qafqaz Point Hotel Tarix – 27 oktyabr 2018-ci il Saat – 11:30-13:00 İştirak pulsuzdur. Qeydiyyat tələb edilmir. Nəqliyyat: Elmlər metrosu 2, 3, 6, 11, 18, 39, 53, 77 nömrəli avtobuslar

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 571
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 204
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 246
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 49
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 141
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 895
2 günlük Lənkəran və...