Cümə axşamı, 9 Aprel, 2026

“Biz birlikdə güclüyük” adlı birpərdəli pyes müsabiqəsi


  • Dərc edildi: 29 İyun, 2020 - 07:22
“Biz birlikdə güclüyük” adlı birpərdəli pyes müsabiqəsi

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası, Səbail Rayon İcra Hakimiyyəti, “ASAN Könüllüləri” Təşkilatı və “Azərbaycan” jurnalının birgə təşkilatçılığı ilə koronavirus pandemiyası ilə mübarizə mövzusunda “Biz birlikdə güclüyük” adlı birpərdəli pyes müsabiqəsi elan edilib. Pandemiyanın yaratdığı bəşəri problemləri, dünyada və ölkəmizdə bu epidemiyaya qarşı aparılan mübarizəni sənətin mövzusuna çevirmək məqsədilə keçirilən müsabiqənin əsas şərti virusla mübarizə günlərinin ab-havasını, bu zaman baş verənlərin ümumilikdə ölkənin sosial, ictimai həyatına təsirini, ayrı-ayrı insan talelərində əksini ifadə etməkdir.

Müsabiqəyə daha əvvəl heç bir yerdə çap olunmayan, internet resurslarda yayımlanmayan və səhnələşdirilməyən pyeslər qəbul olunur. Yaşı 35-dək olan müəlliflər arasında keçirilən müsabiqənin mətn həcmində də məhdudiyyət var. Materialın həcmi kompüter yazısında 40 min işarəni keçməməlidir. Müəlliflər pyeslərini iyul ayının 31-dək Gənc Tamaşaçılar Teatrının elektron ünvanına ([email protected]) göndərə bilər. Qeyd edək ki, təqdim olunan əsərlər teatrın təşkil etdiyi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qalib elan olunacaq pyesə Gənc Tamaşaçılar Teatrının səhnəsində quruluş veriləcək. Həmçinin pyes “Azərbaycan” jurnalında dərc olunacaq.

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 20
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 19
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 280
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 457
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 109
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 102
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 339
Məktəblilər üçün "FI...