Çərşənbə axşamı, 4 Noyabr, 2025

"Biz əslən uşaqlıqdanıq" mövzusunda - təlim


  • Dərc edildi: 18 İyun, 2019 - 11:26
"Biz əslən uşaqlıqdanıq" mövzusunda - təlim

Sizi "Kəpənək" və "Benefisiar" komandasının birgə təşkil etdiyi "Biz əslən uşaqlıqdanıq" mövzusunda təlim/müzakirəyə dəvət edirik. ● Təlim iki gün baş tutacaqdır. Təlim çərçivəsində müzakirə olunacaq məqamlar : ✓Uşaqlıq dövrü fenomeni ✓Həyat ssenarimizin özəyini təşkil edən travmalarımız ✓Uşaqlığımızın "bugünkü mənə" təsiri ✓Valideynlər və biz ✓Tipik və Atipik inkişaf ✓Drama Terapiya Spiker : Xumar Kərimli 2017-2018 –ci illərdə United Aid For Azerbaijan (UAFA) təşkilatında xüsusi qayğıya ehtiyacı olan uşaqlarla və yeniyetmələrlə drama terapist kimi çalışıb Almaniya və Polşada uzunmüddətli layihələrdə fiziki məhdudiyyətli, daun sindromlu, xüsusi qayğıya ehtiyacı olan insanlar və küçə heyvanları ilə könüllü işləyib. Bu sahədə Bakıda 4 il ərzində könüllü şəkildə bir çox layihə və tədbirlər keçirdib. Müxtəlif illərdə Gürcüstan, Türkiyə, Ukrayna, Almaniya, Latviya, Estoniya və Polşada təlimlərdə iştirak edib. Almaniya, Rusiya və Türkiyə metodikası ilə uşaq psixologiyasından fərdi dərslər alıb və Azərbaycana ilk dəfə drama terapiyanı gətirib. Birləşmiş Millətlər Təşkilatının 2019-2020-ci illər üçün Gənclərdən ibarət Məşvərət Şurasının üzvüdür. ___________________________ İştirak ödənişsizdir! ___________________________ Məkan : Nəsimi rayonu, Bakıxanov küçəsi 31 (Dostluq kinoteatrının yanı) ___________________________ Əlaqə : +994 (70) 573-95-15 [email protected]

Ən Son Məqalələr

Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 341
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 386
Qubadlıya öz sahiblə...
Tusi-Bohm Planetariumda “Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı keçirildi
22 Oktyabr, 2025 - 15:34 57
Tusi-Bohm Planetariu...
“Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı
20 Oktyabr, 2025 - 14:43 59
“Astronomiyada Əsas ...
“İkiqay” əsərinin müəllifi bu həftə Bakıya gəlir!
20 Oktyabr, 2025 - 14:19 54
“İkiqay” əsərinin mü...
Dövlət İmtahan Mərkəzində Könüllülük Qeydiyyatı davam edir
19 Oktyabr, 2025 - 17:04 224
Dövlət İmtahan Mərkə...