Bazar, 7 Sentyabr, 2025

"Boomerang" adlı xeyriyyə tədbiri keçirildi


  • Dərc edildi: 3 Noyabr, 2018 - 13:03
"Boomerang" adlı xeyriyyə tədbiri keçirildi

28 oktyabr, 2018-ci il tarixində "Boomerang" adlı xeyriyyə tədbiri keçirildi. Layihənin məqsədi gənc nəslin şəxsi biznes və uğurlu karyera qurmaq istəklərinə kömək etmək və bu sahənin peşəkarları tərəfindən gənclərə lazımi məlumatlar vermək, eyni zamanda kiçik bir qızcığazın müalicəsinə dəstək olmaq idi. Tədbir layihə rəhbəri və UNEC, SABAH qrupları, 3-cü kurs tələbəsi Ləman Abaslı, gənclərin inkişaf yönümlü biznes platforması olan Unec, Sabah qrupları, 3-cü kurs, menecment ixtisası tələbələrindən ibarət "BusinessX" komandası və Unec İqtisadçı Tələbələrə Dəstək ictimai birliyinin sədri Adnan Nəcəfov xüsusi səyi və təşkilatçılığı ilə keçirildi. Tədbir müddətində Həlimə Qəmərlinskaya- “Komanda idarəsi və liderlik” Xəqani Bəşirov- “Şirkətlərdə HR sisteminin qurulması” Xəqani Səfərov- “HR karyerasının qurulması” Rasim Adjalov- “Karyera planlaması” Pərviz Əzimov- “Digital Marketing” Kamran Abdullayev- “Biznesdə manipulyasiya” mövzularında çıxış etdi. Tədbirin tərəfdaşları qismində isə Ovod kitab evi Starbucks Young Business Factory Upper Education Student Club Azerbaijan Simurq Travel Canella Cake House Crispa dəstəyini göstərdi. Tədbir 2 hissədən ibarət oldu. 1-ci hissədə 3 spiker çıxış etdikdən sonra kofe-break edildi və iştirakçılar Starbucks(kofe), Canella Cake House (peçenyelər), Crispa (alma çipsləri) əməkdaşlarının göndərdiyi təamların dadına baxdılar. Təlimə əyləncə qatmaq məqsədi ilə lotereya keçirildi və şanslı rəqəmlərə Mazarina MMC, Ovod kitab evi, Simurq travel, Upper education tərəfindən dəyərli hədiyyələr təqdim olundu. Tədbir ümumilikdə 250 dən çox iştirakçı, təlimçilər və sponsor dəvətliləri ilə 6 saat davam etdi. Sonda xatirə fotosu çəkildi. Layihə müddətində 150-dən çox bilet satışı həyata keçirildi və xeyriyyə qutusu ilə birlikdə yığılan məbləğ Neyroblastoma xəstəliyindən əziyyət çəkən 6 yaşlı Şəmsin valideynlərinə təhvil verildi. “Boomerang”- Burada etdiyiniz və öyrəndiyiniz hər şey bir gün mütləq şəkildə sizə geri dönəcəkdir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 645
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 217
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 251
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 58
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 145
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 896
2 günlük Lənkəran və...