Festivalda iştirak şərtləri aşağıdakılardır:
- Festivalda yaşından asılı olmayaraq arzu edən hər kəs iştirak edə bilər;
- Festivalda çap şəklində nəşrdən çıxmış (nəşr ilindən asılı olmayaraq) Azərbaycanlı müəllifin kitabından və ya kitab seriyasından bəhs edən Buktreylerlər iştirak edir;
- Festivala bir iştirakçı tərəfindən təqdim olunan Buktreylerlərin sayına məhdudiyyət qoyulmur;
- Festivala təqdim edilmiş Buktreylerin öz müəllif işi olmasına və kimsənin müəllif hüquqlarının pozulmamasına iştirakçı zəmanət verir. Əks halda, kimsənin müəllif hüquqlarının pozulmasına görə məsuliyyəti iştirakçı daşıyır;
- Buktreylerlərdə Qanunvericiliyə zidd olan; siyasi, dini, irqi və milli ayrıseçkiliyi təbliğ edən; senzuradan kənar ifadələri, pornoqrafik materialları və siqaret əks etdirən məzmun qadağandır;
- təqdim edilmiş Buktreylerlər Münsiflər tərəfindən təhlil edilmir və geri qaytarılmır;
- iştirakçıların Buktreylerləri müəllifdən icazə alınmadan və buna görə heç bir ödəniş edilmədən Festivalın təbliği məqsədilə istifadə edilə bilər, eləcə də Festivalın rəsmi saytında və internet resurslarda (saytlar, KİV, sosial şəbəkələr, YouTube və s.) yerləşdirilə bilər.
Buktreylerlər aşağıdakı tələblərə cavab verməlidir:
-
- xronometrajı: max. 3 dəqiqəyədək;
- formatı: mov, mp4, mpeg, mpg, avi, wmv;
- minimal ölçüsü: 1080p Full HD (1920x1080);
- media forması: oyun (aktyorların iştirakı ilə), qeyri-oyun (aktyorların iştirakı olmadan), animasiya (çizgi filmi);
- əvvəldə Festivalın və dəstəkçilərin loqoları (yüklə: .mpg) yerləşdirilməlidir;
- sonda Buktreylerin aid olduğu kitabın fotosu və Festivalın saytının ünvanı (yüklə: .mpg) yerləşdirilməlidir;
- Festivalın təşkilinə aidiyyatı olmayan brendlər, markalar, ticari nişanlar, eləcə də kommersiya təşkilatları və sponsorlar barədə məlumat əks etdirilməməlidir.
- * – İştirak şərtlərinə uyğun gəlməyən və tələblərə cavab verməyən Buktreylerlər Festivalda iştiraka buraxılmır.
- ** – Buktreylerlər burada qeydiyyatdan keçirilməlidir, müəllifin Şəxsiyyət Vəsiqəsinin və Dövlət Sosial Sığorta Şəhadətnaməsinin surəti təqdim edilməlidir.
- *** – Son müraciət tarixi: 1 Aprel, 2019
Əlavə məlumat üçün: [email protected]
MÜKAFATLAR
Mədəniyyət Nazirliyi tərəfindən:
I yer - 1.000 AZN
II yer (2 nəfər) - 800 AZN
III yer (3 nəfər) - 500 AZN
Azercell şirkəti tərəfindən:
"Ən yaxşı mobil buktreyler" nominasiyası - 1.000 AZN
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb