Bazar, 7 Sentyabr, 2025

Cənubda yaşıl kənd turizminin təbliği istiqamətində İNFOTUR baş tutub


  • Dərc edildi: 22 Noyabr, 2022 - 13:37
Cənubda yaşıl kənd turizminin təbliği istiqamətində İNFOTUR baş tutub

Yaşıl kənd turizminin təbliği istiqamətində İNFOTUR proqramı həyata keçirilib Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Şəfəq" Ekoturizm İctimai Birliyinin icra etdiyi “Regionlarda yaşıl kənd turizminin təbliği və təşviqi” layihəsi çərçivəsində 19 noyabr 2022-ci il tarixindən Lerik, Astara və Lənkəran rayonuna başlayan 3 günlük infotur yekunlaşıb. İnfoturda KİV, QHT, turizm sahəsində çalışan və digər maraqlı tərəflərdən ibarət 18 nəfər iştirak edib. Proqramın ilk günü iştirakçılar Lerik rayonunda Hamarmeşə kəndindəki kənd evində yerləşib və onlara birliyin sədri, layihə rəhbəri Vamiq Babayev tərəfindən layihə barədə geniş məlumat verilib, layihənin hədəfləri iştirakçıların diqqətinə çatdırılıb. Birliyin sədr müavini, layihə eksperti Rafət Şirəliyev tərəfindən iştirakçılarla kənd turizmi anlayışı, fəaliyyətlər və təbliğatın təşkili istiqamətində müzakirələr aparaılıb. İnfotur zamanı iştirakçılar müvafiq olaraq Lerik rayonun Hamarmeşə, Astara rayonun Sım və Tüləgüvan, Lənkəran rayonun Rvo, Haftoni və Xanbulan kəndi və Lənkəran şəhərində olub, kəndlərdə turizm fəaliyyəti ilə məşğul olan ailə kəndli təsərrüfatları ilə görüşlər keçirib, kənd turizmi dəyər zəncirinə daxil olan fəaliyyətlərlə tanış olub və həmin fəaliyyətlərdə birbaşa iştirak ediblər. İnfotur zamanı kənd yeməklərinin hazırlanması, kənd təsərrüfatı işlərində iştirak, kənd ərazilərində gəzinti, Sım şəlaləsinə səfər və Sitrus təsərrüfatında meyvə yığımı, arıçılıq təsərrüfatı ilə tanışlıq, Çay plantasiyası, Xanbulan gölü, Xan evi və digər turizm əhəmiyyətli məkanlara infotur xarakterli fəaliyyətlər icra edilib. Proqramın yekununda Lənkəran şəhərində iştirakçılarla layihənin qiymətləndirilməsi yönümlü toplantı keçirilib və infotur iştirakçılarına sertifikat təqdim edilib. Qeyd edək ki, layihənin məqsədi Kənd yaşıl turizmi istiqamətində ailə kəndli təsərrüfatlarının nümayəndələri ilə kəndlərdə görüşlər təşkil etmək, KİV, QHT, Turizm şirkətlərinin əməkdaşları və digər maraqlı tərəflərin iştirakı ilə təbliğat və təşviqat işlərinin təşkil etməklə bu sahədə mütəşəkkilliyin artırılmasına dəstək olmaqdır. İnfoturdan videolarla buradan tanış ola bilərsiniz: https://youtu.be/BiHi5atJUv4   https://youtu.be/kzLbcNzf82Q   https://youtu.be/mBA9EK4OTkk https://youtu.be/jNV-dV5QuL4 https://youtu.be/HIKj6zL-rc0 https://youtu.be/qHYKGOmaAb4  

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 645
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 217
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 251
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 58
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 145
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 896
2 günlük Lənkəran və...