Cümə axşamı, 9 Aprel, 2026

“Covid-19. Təhsilin dönüş nöqtəsi” adlı beynəlxalq onlayn konfrans uğurla başa çatdı!


  • Dərc edildi: 22 İyun, 2020 - 05:35
“Covid-19. Təhsilin dönüş nöqtəsi” adlı beynəlxalq onlayn konfrans uğurla başa çatdı!

Ölkəmizdə ilk dəfə onlayn beynəlxalq təhsil konfransı keçirildi! “Covid-19. Təhsilin dönüş nöqtəsi” adlı konfransın əsas müzakirə mövzusu pandemiya dövrünün təhsil sahəsinə gətirdiyi yeniliklər oldu. Fransa, Ukrayna, Rusiya, İsrail və Azərbaycandan olan təhsil üzrə ekspertlər pandemiya dövründən sonra bu sahədə baş verəcək dəyişikliklər barədə də müzakirə apardılar. Həmçinin onlar qazandıqları əvəzsiz təcrübəni paylaşdılar və bizim üçün hələ yeni olan onlayn təhsil barədə faydalı məsləhətlər verdilər. Formatdan asılı olmayaraq təhsildə ən vacib məqam motivasiya və şagirdin nəticəsidir. Əgər şagird düzgün motivasiya edilibsə onun marağı nə ənənəvi, nə də onlayn dərslərə azalmayacaq. Bütün təhsil sistemi 4 faktorun üzərində qurulub: müəllim, texnologiya, metodologiya və ünsiyyət. Dünya maarifçiləri pandemiya müddətində tətbiq etdikləri yeni metodika və bunun qazandırdığı təcrübələri konfrans iştirakçıları ilə paylaşdırlar. "Pandemiyadan sonra onlayn təhsilə maraq daha da artacaq. Valideynlərin böyük hissəsi övladlarının bütün gün qapalı məkanda oturaraq, gələcəkdə onlara bəlkə də heç lazım olmayacaq standrat məlumatları almalarına qarşı olacaqlar.

Ən azından indiki vəziyyət belə düşünməyə əsas verir" Marina Rozenfeld, İsrail. Dünyanın müxtəlif ölkələrindən çıxış edən spikerlər onlayn təhsilin spesifikliyi, müsbət və mənfi tərəfləri, dərs prosesini şagirdlər üçün maraqlı hala gətirməyin üsulları, tələbələrin psixoloji vəziyyəti və digər mövzular ətrafında geniş müzakirələr apardılar. İzləyicilərə spikerlərə sual ünvanlayaraq onları maraqlandıran məqamları aydınlaşdırmaq imkanı da verildi. Artıq 3000-dək izləyici konfransı izləyib. Sizin də “Covid-19. Təhsilin dönüş nöqtəsi” adlı beynəlxalq təhsil konfransını aşağıdakı keçid vasitəsilə izləmək şansınız var! · Videonun Linki Xatırladaq ki, “Covid-19. Təhsilin dönüş nöqtəsi” beynəlxalq onlayn təhsil konfransı Maxi.az mağazalar şəbəkəsinin baş sponsorluğu ilə keçirildi! Maxi.az şirkəti Covid-19 pandemiyasının səbəb olduğu dəyişikliklərə cəld və məharətlə reaksiya verdi. Azərbaycanın 2 şəhərində fəaliyyət göstərən Maxi.az 10 böyük mağazadan ibarətdir, həmçinin onlayn da müştərilərə xidmət göstərir. 150-dən çox rəsmi tərəfdaş və distribütorlar, hər bir məhsul üçün rəsmi zəmanət, səlahiyyətli çağrı mərkəzi və 2 gün ərzində Azərbaycanın istənilən nöqtəsinə sürətli çatdırılma xidməti mövcuddur.  

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 22
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 19
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 280
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 458
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 109
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 102
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 340
Məktəblilər üçün "FI...