Çərşənbə axşamı, 4 Noyabr, 2025

Data 4 impact: Müasir texnoloji trendlər


  • Dərc edildi: 6 Noyabr, 2018 - 13:46
Data 4 impact: Müasir texnoloji trendlər

Data 4 impact mühazirələr sessiyamızın bu dəfəki qonağı Farid Pardashunas sizə müasir texnoloji trendlər və süni intelekt barəsində danışacaq. Həyatımızın bir parçasına çevrilmiş texnika və texnologiya sahəsi dayanmadan inkişaf etməkdədir. Mobil texnologiyalar vasitəsilə insan vərdişlərinin araşdırılması və bundan korporotiv məqsədlər üçün istifadə olunması danılmaz faktdır. Artıq bu sahə real həyatımızı aşaraq, virtual reallıq, süni intelekt texnologiyasına gəlib çatmışdır. Spikerimiz Farid Pardashunas, illərdir texnologiya sahəsinin tədqiqi və öyrənilməsi ilə məşğuldur. O, bu dəfəki çıxışında süni intellekt texnologiyasının hansı mərhələlərdən keçdiyi, virtual reallıq cihazlarının iş prinsipi və mobil cihazlar vasitəsilə insanın şəxsi məlumatlarının yığılaraq ondan hansı məqsədlər üçün istifadə etdildiyi barədə danışacaq. 2014 cü ildən yeni texnologiya və bu bazarda baş verən yeniliklər ilə maraqlanan Fərid, 2015-ci ildə Technote, 2017-ci ildə isə Hotbots Robotics – i yaratmışdır. O, doğma dildə Azərbaycanda və dünyada texnologiya, sosial media, elektron ticarət, rəqəmsal marketinq və startap sahələrində baş verən ən son yenilikləri barədə məzmunun yaradılması və bu sahənin inkişaf etdirilməsi ilə məşğul olur. Bundan əlavə, ölkəmizdə “ChatBot” texnologiyasının inkişafında da Fəridin rolu əvəzsizdir. Mühazirə Azərbaycan dilində aparılacaq. Vaxt: 8 noyabr 2018-ci il Saat: 19:00 Məkan: Caspian Plaza III korpus, 3-cü mərtəbə Giriş sərbəstdir.

Ən Son Məqalələr

Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 344
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 391
Qubadlıya öz sahiblə...
Tusi-Bohm Planetariumda “Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı keçirildi
22 Oktyabr, 2025 - 15:34 60
Tusi-Bohm Planetariu...
“Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı
20 Oktyabr, 2025 - 14:43 59
“Astronomiyada Əsas ...
“İkiqay” əsərinin müəllifi bu həftə Bakıya gəlir!
20 Oktyabr, 2025 - 14:19 54
“İkiqay” əsərinin mü...
Dövlət İmtahan Mərkəzində Könüllülük Qeydiyyatı davam edir
19 Oktyabr, 2025 - 17:04 224
Dövlət İmtahan Mərkə...