Cümə, 23 Oktyabr, 2026

Data SoCool layihəsinə qeydiyyat başladı!


  • Dərc edildi: 26 Yanvar, 2019 - 10:38
Data SoCool layihəsinə qeydiyyat başladı!

Data SoCool layihəsinə qeydiyyat başladı! Data SoCool analitika təlim-kurs layihəsi gənclərə analitika proqramlarının əslində, heç də bir çox gəncin düşündüyü kimi çətin olmadığını və onların bu sahəni öyrənməklə unikal kadra çevriləcəkləri fikirlərini aşılamağı özünə hədəf seçmiş sosial layihədir. Hər gün əmək bazarında data analitiklərinə tələb artır. Data SoCool ətrafına ən çox tələb olunan proqramlar üzrə gənc mütəxəssislər toplayaraq əmək bazarında tələbin artdığı analitiklər yetişdirmək üçün çalışmaqdadır. Əgər siz də analitik olmaq istəyirsinizsə, layihəyə qoşularaq peşəkar səriştələr əldə edib, əmək bazarında axtarılan kadra çevrilə bilərsiniz. Layihə çərçivəsində analitika sahəsində ən çox istifadə olunan Excel, Power BI, SPSS və Tableau proqramları üzrə bilik və bacarıqlar öyrədiləcəkdir. İştirakçıların praktiki bacarıqlarının formalaşması üçün təlimlər izahlarla yanaşı tam praktiki çalışmalar və ev tapşırıqları ilə iştirakçılarda bu proqra

mlardan sərbəst istifadə etmə səriştəsi yaradacaqdır. Layihədə iştirak üçün tələblər: Analitikaya həvəs; Araşdırma qabiliyyəti və öyrənməyə meyillilik; İngilis dil biliyi (minimum pre-intermediate səviyyə); Təhsil - III-IV kurs bakalavr, magistr və məzunlar; İxtisas- iqtisadiyyat yönümlü, riyaziyyat/informatika, mühəndislik; Laptop olması. Data SoCool Aytac Alıyevanın fərdi layihəsi olaraq Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundationun maliyyə dəstəyi ilə keçirilir. Daha ətraflı məlumat əldə etmək,iştirak üçün müraciət, suallarınızı yönləndirmək və yeniliklərdən məlumatlı olmaq üçün layihənin sosial şəbəkə hesablarını izləyin. https://www.facebook.com/datasocool/ https://www.linkedin.com/company/data-socool Layihədə iştirak ödənişsizdir. Qeydiyyat üçün son tarix: 28 yanvar 23:59 Qeydiyyat forumu: https://goo.gl/forms/utwXxr5cYORroIJl2 #DataSoCool #AzGF #GenclerFondu #Microsoft #Barama #AsanKadr #OYGİB #dataanalitikasi #younganalytics #analitikaazerbaycan

Ən Son Məqalələr

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 76
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 104
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 285
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 984
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 356
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 538
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 628
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 755
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 701
“Biologiyanın intera...