Cümə, 5 Sentyabr, 2025

Daxili nəzarət şöbəsinin Baş mütəxəssisi (hüquqşünas)


  • Dərc edildi: 13 Sentyabr, 2018 - 17:00
Daxili nəzarət şöbəsinin Baş mütəxəssisi (hüquqşünas)

İşin təsviri: Baş mütəxəssis şöbənin Əsasnaməsinə müvafiq olaraq Daxili Nəzarət Şöbəsinin yuxarı vəzifəli işçi heyətini şöbənin fəaliyyəti istiqamətində dəstəkləyir. Baş mütəxəssis daxili nəzarət alətlərindən istifadə etməklə Cəmiyyətin mövcud vəziyyətini təhlil edir, riskləri və onların təsirini aşkarlayır və daxili nəzarətin qabaqlayıcı (preventiv) və sonrakı (detektiv) tədbirləri ilə əlaqədar tövsiyyələr verir. Əsas vəzifə və öhdəliklər: • Metodologiyanın hazırlanması və tətbiqi: - Siyasət, prosedur və qaydaların, habelə metodologiyanın dəyişdirilməsi, yenilərinin hazırlanmasında iştirak edir; - Tamlıq, dəqiqlik və səmərəliliyi təmin etmək üçün bütün siyasət, prosedur və qaydaların dövrü olaraq (illik) qiymətləndirilməsini təşkil edir; -Cəmiyyətdə qısa, orta və uzunmüddətli inkişaf planlarının (strateji, taktiki və ya əməliyyat planı) hazırlanmasında iştirak edir; -Siyasət, prosedur və qaydalarda edilən dəyişikliklərin Cəmiyyətin əməkdaşlarına müvafiq qaydada çatdırılmasını təmin edən mexanizmləri yoxlayır, habelə müvafiq çatdırılmanı təmin etmək üçün təşkil olunan təlimlərin effektivliyinə nəzarət edir. • Kamplayns (uyğunluq) üzrə nəzarət: - Cəmiyyətin mövcud siyasət, prosedur və qaydalarından, habelə fəaliyyət istiqamətindən yayınmaların səbəb olacağı riskləri və onların təsirini dəyərləndirir; - Cəmiyyətin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunu və yayınmaları qiymətləndirir; -Cəmiyyətin PY və TM ilə bağlı siyasətin tətbiqinə, habelə tənzimləyici orqan qarşısında hesabatlılığın təmin olunmasına nəzarət edir. • Daxili tədqiqatların aparılması: -Qanunvericiliyin, habelə daxili qayda, prosedur və siyasətlərin pozulması ilə müşahidə olunan hadisələri araşdırır; -Müvafiq mövzuda təkliflər təqdim edir, hesabat və xidməti məruzələrin hazırlanmasında yaxından iştirak edir. Tələb olunan meyarlar: • Təhsil: Hüquq ixtisası üzrə ali təhsil; • Bilik, bacarıq və səriştələr: Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi • İş təcrübəsi: Minimum 3 il müvafiq sahədə iş təcrübəsi. (Hüquq-mühafizə orqanlarında iş təcrübəsinə malik olan şəxslər arzuolunandır) • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (səlis), Microsoft Office və digər proqramlar Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Daxili nəzarət şöbəsinin baş mütəxəssisi (hüquqşünas)" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)[email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 536
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 194
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 242
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 139
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 893
2 günlük Lənkəran və...