Cümə, 5 Sentyabr, 2025

"DevelUp Youth" təlimləri


  • Dərc edildi: 7 Dekabr, 2018 - 16:43
"DevelUp Youth" təlimləri

Dəyərli Gənclər, AYAFE, AIESEC ilə birgə, dekabr-yanvar ayları ərzində həyata keçirəcəyi “DevelUp Youth” adlı təlimlər silsiləsinə qeydiyyat elan edir. Təlimlər zamanı gənclərimizə xarici ölkələrdən dəvət olunmuş təcrübəli təlimçilər tərəfindən məşğələlər keçiriləcəkdir. Silsilə təlimlər dekabr ayının 8-i başlayacaq və hər həftə bir dəfə olmaqla 5 mərhələdə həyata keçiriləcəkdir. Hər bir təlim 2 saat davam edəcək. Bu layihə Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi və AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ənənəvi “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” və AR Gənclər Təşkilatları Milli Şurası təşəbbüsü ilə keçirilən "Qadın zorakılığına qarşı mübarizə" kampaniyalarında qeyd olunan problemlər barədə maarifləndirməyə dəstək məqsədilə həyata keçirilir. Təlimlər aşağıdakı mövzuları əhatə edəcək və ingilis dilində keçiriləcəkdir (təlimlər zamanı sinxron tərcümə olacaq): 1. Public Speaking 2. Time-management 3. Career Development and Gender 4. Effective Decision-making 5. LeaderX: Find your way Bu təlimlərdə iştirak etməklə öz karyera quruculuğunuz və şəxsi inkişafınız üçün xarici təcrübələri öyrənəcək və onları praktiki olaraq təcrübədən keçirəcəksiniz. Təlimlər, yeniliyə açıq və uğurlu karyera planları olan bütün gənclərimizin üzünə açıqdır və tamamilə ödənişsizdir. Qeydiyyatdan keçməyə tələsin, iştirakçı sayı məhduddur. Qeydiyyatdan keçmək üçün aşağıda (↓↓↓) yerləşdirdiyimiz link`ə daxil olmalısınız. Qeydiyyat üçün link: https://goo.gl/VZ8Cpf Qeyd 1: Hər bir mövzu gender problemləri ilə əlaqələndiriləcək. Qeyd 2: İştirak haqqı qazanmış iştirakçılarla dekabrın 5-nə qədər, qeydiyyatdan keçərkən istifadə etdikləri e-mail vasitəsilə əlaqə saxlanılacaq. Qeyd 3: Minimum 3 təlimdə iştirak etmiş iştirakçılara sertifikat təqdim olunacaq.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 236
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...