Cümə, 9 Yanvar, 2026

"Diksiya (Nitq) Təlimi"- Səlis danışmaq zamanı!


  • Dərc edildi: 24 Yanvar, 2018 - 18:25
"Diksiya (Nitq) Təlimi"- Səlis danışmaq zamanı!

Nitq Təlimi ?Təlimdə keçiriləcək mövzular: 1. Düzgün nəfəsalma qaydaları 2. Səs tellərinin dolğunlaşdırılması 3. Ağız tənbəlliyinin aradan qaldırılması 4. Doğru intonasiya yolları 5. Söz bazasını artırmaq 6. Nitqi təmizləmək 7. Çıxış təcrübəsi 8. Bədən dili

? Təlimçi: Cəlalə Nəzəroğlu · Xəzər TV ("Xəzər Xəbər" aparıcı və redaktor) · İnterAz TV ("Xəbərlər" departamenti rəhbəri) · ANS TV ("Salam, Azərbaycan" rəhbər və aparıcı) · Hazırda: “ASAN xidmət”-ASAN radionun redaktor və aparıcısı · "Danışığınla həyatı qazan" kitabının müəllifi · Xəzər Universitetinin "Jurnalistika" ixtisası (magistratura pilləsi və fərqlənmə) · BDU Jurnalistika fakültəsi (bakalavr təhsili) · Təlimçi kimi 9 ildən artıq təcrübə ? Təlimdən əldə edəcəksiz : 1. Düzgün nəfəsalma - Bol oksigen rahat danışığın, çıxış edərkən həyəcanın dəf edilməsinin əsas silahıdır. Düzgün nəfəs alanların səsi daha dolğun olur, beyinləri daha aktiv işləyir, onlar gec yorulur və məhsuldar olurlar. 2. Səs tellərinin dolğunlaşdırılması - Cəlbedici səs insan haqqında müsbət fikir formalaşdırır, onu daha cazibədar edir. 3. Ağız tənbəlliyi aradan qaldırılması - Bilirsinizmi, hərfləri əyri-üyrü yazanda xətt pis olduğu kimi, səslər də ağızdan bu şəkildə çıxanda nitq anlaşılmaz olur. Ağız aparatı aktivləşincə, hər şey əla olacaq. 4. Doğru intonasiya yolları - “Nə demək yox, necə demək önəmlidir”.
Bu mərhələdə intonasiya üzərində iş gedir. Söz sırasını dəyişmədən eyni cümlə ilə müxtəlif fikirləri ifadə etməyin yollarını öyrədilir. 5. Söz bazasını artırmaq - Söz ehtiyatı nə qədər çox olarsa, nitqimiz bir o qədər maraqlı, axıcı olacaq. Söz bazasını artırmağı, nitqimizə yeni sözlər daxil etməyi öyrənirik. 6. Nitqi təmizləmək - Nitqi ləhcədən, jarqonlardan, parazit sözlərdən, mənfi fikir yaradan ucuz yanaşmalardan təmizləyirik. 7. Çıxış təcrübəsi - Hər dərsdə çıxışlar edib bunu vərdiş halına gətiririk, getdikcə daha rahat olmanızı təmin edirik. 8. Bədən dili - Bədən dilini “danışdırmağı” öyrənirik, tam məqamında bundan istifadənin min sözə bərabər olduğunu isbat edirik. Təlim 2 mərhələdən ibarətdir. Və hər mərhələ 7 həftə müddətində davam edir. Dərslər həftədə 1 dəfə, şənbə günü 13:30-da keçirilir. Diqqət "Ağız aparatı" ilə bağlı dərsləri diksiya üzrə mütəxəssis, təlimçi Cəlalə Nəzəroğlunun yetirməsi, Müjgan Rəhmanlı tədris edəcək. Təlimin qiyməti: Hər mərhələ 100 AZN Təlimi uğurla bitirən iştirakçılara sertifikat təqdim olunacaq Qeydiyyat: Qeydiyyat üçün 0518432599 Whatsapp nömrəsinə adınızı, soyadınızı və "Diksiya Təlimi" yazıb göndərə bilərsiniz və ya 0774641868 nömrəsinə zəng edə bilərsiniz.

Ən Son Məqalələr

Zirə qəsəbəsinə aqroturizm üzrə infotur təşkil olunub
20 Dekabr, 2025 - 16:44 79
Zirə qəsəbəsinə aqro...
SDU müəlliminin də iştirak etdiyi NATO-nun DEEP proqramı çərçivəsində beynəlxalq konfrans keçirilib
11 Dekabr, 2025 - 18:51 263
SDU müəlliminin də i...
“İngilis dili üzrə bilik və bacarıqların tətbiq vasitəsilə inkişaf etdirilməsi” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:57 88
“İngilis dili üzrə b...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi ” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:44 101
“İbtidai sinif şagir...
“Biologiyanın interaktiv tədrisi” layihəsi icra olunmağa başlayıb
28 Noyabr, 2025 - 01:29 109
“Biologiyanın intera...
Təqaüdlü Kibertəhlükəsizlik Kursuna Ödənişsiz Qoşul və Xaricdə Təcrübə Keçmək Şansı Qazan!
25 Noyabr, 2025 - 20:09 719
Təqaüdlü Kibertəhlük...
Macarıstanda Təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində pulsuz təhsil almaq imkanı!
18 Noyabr, 2025 - 15:11 313
Macarıstanda Təqaüd ...
Onlayn Ərəb Dili Dərslərinə Qeydiyyat! - Sərfəli Onlayn Kurs!
05 Noyabr, 2025 - 20:35 320
Onlayn Ərəb Dili Dər...
Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 619
Xalqları birləşdirən...