Cümə, 23 Oktyabr, 2026

DİN QHT nümayəndələrini təltif edib


  • Dərc edildi: 17 Dekabr, 2022 - 17:06
DİN QHT nümayəndələrini təltif edib

Dekabrın 17-də DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasının nümayəndələri ilə görüş keçirilib. Baş İdarənin rəisi, polis general-mayoru Həzi Aslanov daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun salamlarını tədbir iştirakçılarına çatdıraraq insan alverinə qarşı mübarizənin yüksək səviyyədə aparılması üçün çox ciddi vəzifələrin qarşıya qoyulduğunu bildirib. H.Aslanov Baş İdarənin 2021-ci il ərzində gördüyü işlər barədə məlumat verib. Qeyd olunub ki, il ərzində həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlər nəticəsində insan alveri ilə bağlı 156, məcburi əməklə bağlı 3, insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 43 cinayət qeydə alınıb ki, bu cinayətlərin açılması 98 faiz təmin olunub. O, 2020-2024-cü ili əhatə edən Milli Fəaliyyət planı haqqında danışaraq qeyd edib ki

, əvvəlki illərdə olduğu kimi bu fəaliyyət planında da Baş İdarənin maarifləndirmə işlərində QHT-lərlə geniş əməkdaşlıq edilib, eyni zamanda ötən dövrlərdə olduğu kimi DİN-in rəhbərliyinin QHT Koalisiyasının üzvlərinə göstərmiş olduğu diqqət və qayğı növbəti illərdə davam edəcəkdir. İclasda Koalisya üzvləri çıxış edərək dövlətimizin insan alverinə qarşı mübarizə sahəsində apardığı fəaliyyətin əhəmiyyətindən danışaraq məmnunluqla qeyd ediblər ki, bu gün DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə QHT Koalisiyası arasında olan əməkdaşlıq yüksək səviyyədədir. İnsan alveri ilə bağlı ictimaiyyətin maarifləndirilməsi, insan alveri qurbanları üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkil edilməsi və insan alveri qurbanlarının reabilitasiyası işlərində fəal iştirak etdiklərinə görə Koalisiyasının nümayəndələrinə diplomlar və mükafatlar təqdim olunub.

Ən Son Məqalələr

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 76
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 104
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 285
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 984
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 356
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 539
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 628
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 755
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 701
“Biologiyanın intera...