Cümə, 23 Oktyabr, 2026

“DOĞMA DİYAR ” Respublika uşaq rəsm müsabiqəsi elan olunur


  • Dərc edildi: 30 Oktyabr, 2019 - 16:27
“DOĞMA DİYAR ” Respublika uşaq rəsm müsabiqəsi elan olunur

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil
Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon
İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi,
Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili”
çərçivəsində ənənəvi “DOĞMA DİYAR ” Respublika uşaq rəsm müsabiqəsi elan olunur.
Müsabiqə uşaqlar və yeniyetmələrə vətənpərvərlik, dövlətçilik ənənələrinə sadiqlik
hislərininin aşılanması, məktəblilər arasında bədii düşüncə tərzini, zövq və yaradıcılıq
duyğularının formalaşdırılması, habelə, böyüməkdə olan nəslin rəssamlıq sənətinə marağının
stimullaşdırılması, eyni zamanda şagirdləri əhatə edən təbii mühiti, onların vətən sevgisini
təsvir müstəvisində əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədi ilə təşkil olunur.
Müsabiqədə iştirak etmək üçün www.xsm.az saytında tədbirlər bölümündəki “DOĞMA
DİYAR” afişasına toxunmaqla və ya http://xsm.az/site/doqmadiyar/ linkinə daxil olub 1
və ya 2 əsərinizin fotosunu daxil etməklə göstərilən anketi doldurmağınız tələb olunur.
 Qeydiyyat 2019-cu il dekabr ayının 7-dək aparılacaq.
 Seçim iki yaş kateqoriyası üzrə keçiriləcək: 12 yaşa qədər, 12-17 yaş arası
 Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək.
 Seçim zamanı kənar (müəllim,valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək.
 Müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas
götürüləcək.
 Öncə sərgilənməmiş - yeni əsərlər görmək istərdik.
 Unutmayın ki, bu bir məşğuliyyət növüdür!
 I turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət
Mərkəzinə dəvət olunacaqdır.
Mükafatlandırma fondu
 Ən fəal 1 tədris müəssəsinin kollektiv sərgisi
 Seçilmiş 10 əsərin müəlliflərinin qrup sərgisi
Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri
(dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq
Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.

Ən Son Məqalələr

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 76
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 104
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 285
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 984
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 356
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 538
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 628
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 755
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 701
“Biologiyanın intera...