Bazar ertəsi, 8 Sentyabr, 2025

Dövlət İmtahan Mərkəzində “məsləhət saatları” təşkil olunacaq


  • Dərc edildi: 3 Aprel, 2019 - 22:57
Dövlət İmtahan Mərkəzində “məsləhət saatları” təşkil olunacaq

“Məsləhət saatları”nın keçirilməsində məqsəd abituriyent və onların valideynlərini, bakalavrları, dövlət qulluğuna qəbul olmaq istəyənləri, eləcə də müraciət edən digər şəxsləri DİM-in həyata keçirdiyi tədbirlər - imtahanlar, ərizə qəbulu, elektron xidmətlər və s. məsələlərlə bağlı məlumatlandırmaqdır. “Məsləhət saatlar”ı zamanı DİM-in rəhbər şəxsləri, struktur bölmələrinin rəhbərləri və digər əməkdaşları tərəfindən müvafiq dövrdə aktual olan və Mərkəz tərəfindən həyata keçirilən tədbirlər - buraxılış, qəbul imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu, elektron ərizələrin təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər, elektron xidmətlər və s. haqqında müraciət edən şəxslərə kömək göstəriləcək. İlk “məsləhət saatı” aprelin 5-də saat 15.00-da DİM-in Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq, 1M ünvanında yerləşən binasında təşkil olunacaq. Vətəndaşları Dövlət İmtahan Mərkəzinin İctimaiyyətlə əlaqələr və kargüzarlıq şöbəsinin müdiri Nigar Hüseynova-Didavari qəbul edəcək. Qəbula gəlmək istəyən şəxslərin DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri tələb olunur. Qeyd: Qəbula gələn şəxslər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 677
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 224
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 256
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 61
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 147
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 898
2 günlük Lənkəran və...