Cümə, 5 Sentyabr, 2025

Dünya EXPO 2025-nin Bakıda keçirilməsi ilə bağlı esse müsabiqəsi!


  • Dərc edildi: 29 Mart, 2018 - 17:04
Dünya EXPO 2025-nin Bakıda keçirilməsi ilə bağlı esse müsabiqəsi!

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və "Ekspo 2025 Bakı" Əməliyyat Katibliyi tərəfindən 2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun ümumdünya sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi çərçivəsində esse müsabiqəsinə start verildi!   Müsabiqə gənclər arasında "Ekspo 2025 Bakı” layihəsi haqqında məlumatlılıq səviyyəsini artırmaq, ölkə üçün vacib əhəmiyyət kəsb edən məsələlərdə gənclərin iştirakına şərait yaratmaq, onların kreativlik potensialını müasir cəmiyyətin inkişaf istiqamətləri və sərginin fəlsəfəsinə yönəltmək məqsədilə keçirilir.   Mövzu: Müsabiqə “İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” mövzusu üzrə keçirilir. İştirakçılar aşağıdakı 3 alt mövzudan birinə müraciət etməlidirlər:  

  • Təhsilin gələcəyi
  • Sağlamlığın gələcəyi
  • Əməyin gələcəyi
  Əsas şərtlər:
  • Müsabiqədə16-29 yaş arasında gənclər iştirak edə bilər.
  • Hər müəllif yalnız bir esse ilə müsabiqədə iştirak edə bilər.
  • Yalnız heç bir mətbuat orqanında çap olunmamış esselər müsabiqəyə buraxılır.
  • Təqdim edilən esselər 1000 sözdən artıq olmamalıdır.
  • Esselər Azərbaycan, rus və ya ingilis dillərində yazıla bilər.
  Mükafat: Müsabiqə qalibləri I, II və III yerlər üzrə müəyyən olunur. I yerin qalibinin Fransanın Paris şəhərində yerləşən Beynəlxalq Sərgilər Bürosunun gərargahına səfəri təşkil olunacaq, II və III yerin qalibləri xüsusi diplom və qiymətli hədiyyələr ilə təltif ediləcəklər.   Qeyd: Təqdim edilən esselər xüsusi proqram vasitəsilə yoxlanılır. Mətnin 25%-dən çoxu əvvəl dərc edimiş mətnlə eynilik təşkil etdiyi təqdirdə o plaqiat hesab olunur və müsabiqəyə buraxılmır.   Müsabiqəyə işlər 2018-ci il martın 12-dən aprelin 10, saat 18.00-dək [email protected] elektron poçt ünvanında qəbul olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 262
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 166
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 139
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 891
2 günlük Lənkəran və...