Cümə axşamı, 22 Oktyabr, 2026

Dünyanın nəhəng startaplarında təcrübə keçmək şansı! - Startapçıların nəzərinə!


  • Dərc edildi: 4 İyul, 2023 - 16:43
Dünyanın nəhəng startaplarında təcrübə keçmək şansı! - Startapçıların nəzərinə!

İRİA tərəfindən dünyada ilk dəfə keçirilən startap təcrübə proqramına siz də qoşulun, fürsətləri qaçırmayın! Yüksək marağı nəzərə alaraq “Founders Academy”ə qeydiyyat tarixi 7 iyula qədər uzadıldı. "Founders Academy" proqramına qoşularaq "Unicorn" şirkətlərdən əvəzolunmaz bilik və bacarıq əldə edin! 3-6 ay davam edəcək təcrübə proqramında iştirakçılar həm nəzəri, həm də real həyat hadisələrinə əsaslanan ekskluziv təcrübələrdən yararlanacaq. Qeyd edək ki, proqram müddətində iştirak haqqı qazanmış startapların nəqliyyat və yerləşmə xərcləri Agentlik tərəfindən qarşılanacaq. Dünyanın nəhəng startaplarında təcrübə proqramı keçmək şansını əldə etmək üçün tələsin! Dəyərli startaplar, ekosistem nümayəndələri! “Unicorn” şirkətlərdə təcrübə imkanı sizi gözləyir! İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, "Future Education" şirkətinin təşəbbüsü ilə yaradılan “Founders Academy” proqramına qeydiyyat başladı. “Founders Academy” vasitəsilə siz dünyanın ən böyük “Unicorn” şirkətlərinin t�

�crübəsindən yararlana bilərsiniz. Layihənin məqsədi Azərbaycan startaplarının qlobal bazara çıxması üçün kömək etməkdir. Bu proqram vasitəsilə startap təsisçiləri “Unicorn” şirkətlərdə çalışaraq, öz startaplarını qlobal bazara çıxarmaq üçün təcrübə qazanacaq. Proqram Bakıda baş tutacaq iki günlük “bootcamp” və ardınca 3 aydan 6 aya qədər davam edəcək mübadilə proqramı təklif edir. İlkin mərhələdə 10 startap və 2 ekosistem nümayəndəsinin seçilməsi nəzərdə tutulub və bu rəqəmlərin daha artırılması planlanılır. “Founders Academy”-ə qoşulun və startapınızı qlobal bazara çıxarmaq üçün bu unikal fürsətdən yararlanın! Qeydiyyat üçün linkə keçid edin: https://airtable.com/shrcQIxE7nHickDDM #Unicorn #FoundersAcademy #IDDA #FutureEducation Startaplar üçün qeydiyyat linki: https://lnkd.in/ensCfyvV Proqram operatorları üçün qeydiyyat linki: https://lnkd.in/dYjk4Ckd #IDDA #İRİA #foundersacademy

Ən Son Məqalələr

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 75
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 104
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 285
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 984
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 356
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 537
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 628
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 755
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 701
“Biologiyanın intera...