Cümə, 5 Sentyabr, 2025

“Eduexpo” sərgisi çərçivəsində "Müasir təhsil sistemindəki nailiyyətlər və əsas məqsədlər" müzakirə paneli keçiriləcək


  • Dərc edildi: 10 Oktyabr, 2019 - 01:12
“Eduexpo” sərgisi çərçivəsində "Müasir təhsil sistemindəki nailiyyətlər və əsas məqsədlər" müzakirə paneli keçiriləcək

Hörmətli yuxarı sinif şagirdləri və tələbələr!

Müasir təhsil haqqında daha çox məlumat əldə etmək istəyirsiniz?

Sizi 10-12 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək “Eduexpo” - 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinə dəvət edirik!

Sərgidə Azərbaycan və Almaniya, Belarus Respublikası, Çex Respublikası, Qazaxıstan, Özbəkistan, Polşa, Rusiya və Türkiyə kimi xarici ölkələrin ali təhsil müəssisələri iştirak edirlər.

Həmçinin, sərgidə Avropa İttifaqının "Avropada Təhsil" guşəsində Avstriya, Çex Respublikası, Fransa, İsveç, Latviya, Litva, Macarıstan, Niderland Krallığı, Polşa, Rumıniya səfirlikləri və ali təhsil müəssisələri, Avropa İttifaqının Erasmus+ proqramı, Gənc Avropa Səfirlərinin stendləri və Şərq Tərəfdaşlığında Avropa Məktəbi təqdim olunacaq.

Diqqət!

Sərgidə xaricdə ödənişsiz təhsil və tələbə mübadiləsi üzrə müxtəlif proqramlar (Aİ-nın Erasmus+ daxil olmaqla) təqdim olunacaq.

“Eduexpo” sərgisi çərçivəsində "Müasir təhsil sistemindəki nailiyyətlər və əsas məqsədlər" müzakirə paneli keçiriləcək. Bu panel çərçivəsində təhsil sahəsindəki mütəxəssislər müasir təhsil haqqında fikirlərini "canlı" dialoq şəklində bölüşəcəklər və bütün suallarınızı cavablandıracaqlar.

Tarix: 12 oktyabr, şənbə Vaxt: 12:00 – 14:00 Məkan: (Bakı Ekspo mərkəzi, Zal 1,təqdimat sahəsi) Məruzəçilər:

Baba Kərimli, “CELT Colleges” dil kurslarının xaricdə təhsil üzrə meneceri (12:15-12:30)

Mövzu: Azərbaycanda yoxsa xaricdə təhsil?

Prezentasiyanın dili: azərbaycan

***

Günay Rəsulova, Təsisçi, “You will speak” Tədris Mərkəzi( 12:30-12:45)

Mövzu: Xarici dili necə öyrənmək olar? Tövsiyələr və ön 10 üsul

Prezentasiyanın dili: azərbaycan

***

Emil Leznik, “Landau” məktəbi, Leznik&Co dil kurslarının həmtəsisçisi (12:45 – 13:00)

Mövzu: Xaricdə təhsil

Prezentasiyanın dili: rus

***

Elvira Bağırova, “Dərs Evi” tədris mərkəzinin PR & GR üzrə meneceri (13:00 – 13:15)

Mövzu: Peşə yönümün zərurəti. Peşə seçimi

Prezentasiyanın dili: rus

***

Aysel Hüseynova, “Motivated Outstanding Mothers” təşkilatının təsisçisi (13:15-13.30)

Mövzu: Gələcək üçün bacarıqlar

Prezentasiyanın dili: azərbaycan

***

Tədbirə qeydiyyatdan keçmək üçün linkdən keçin: https://eduexpo.az/az-discussion/

Gəlin, məlumat eldə edin, suallarınızı verin və cavablar alın!

Sərgi haqqında ətraflı məlumatı, eləcə də elektron dəvətnaməni rəsmi saytdan www.eduexpo.az əldə edə bilərsiniz.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 236
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...