Cümə, 5 Sentyabr, 2025

Elmi Modelləşdirmə: Siçovul Bığlarından Öyrəndiklərimiz - Seminar


  • Dərc edildi: 4 Aprel, 2018 - 18:01
Elmi Modelləşdirmə: Siçovul Bığlarından Öyrəndiklərimiz - Seminar

Elmi prosesin əhəmiyyətli parçası təbiətdən və ya laboratoriya təcrübələrindən əldə olunan datanı müxtəlif modellərlə ifadə etməkdən ibarətdir. Elmi modellər reallığı müxtəlif şəkildə sadələşdirib, onun hissələri arasındakı maraqlı əlaqələri qabardır. Məhdud sayda müşahidədən quraşdırılan modeldə irəli sürülən bu əlaqələrin universallığı isə daha sonra yeni təcrübələr vasitəsilə yoxlanır və zamanla model təkamül edib elmi anlayış şəklini alır. Siçovullar biologiyada ən çox istifadə olunan bioloji modellərdən biridir. Onlar tibbi biologiyadan tutmuş neyroelmə qədər bir çox araşdırma sahəsində elmi anlayışların doğuşunda birbaşa rol oynayıblar. Beyini öyrənən elm olan neyroelmdə siçovulların əhəmiyyəti mürəkkəb tapşırıqları yerinə yetirə bilmə qabiliyyətlərindən və beyinlərinin asanlıqla manipulasiya edilə bilməsindən qaynaqlanır. Bu söhbətdə siçovulların toxunma duyğusunu əsas hissəsini təşkil edən bığ sistemindən danışacağıq. Toxunma duyğusunu siçovulların bığ sistemi üzərindən öyrənən çalışmalar üzərindən ümumilikdə elmi modellərin təbiəti və istifadəsini müzakirə edəcəyik. Bioqrafiya Ərtoğrul Alışbəyli Anatomiya və Hüceyrə Biologiyası üzrə bakalavr təhsilini McGill Universitetində (Montreal, Kanada) aldıqdan sonra təhsilini Amsterdam Universitetində davranış neyroelmi üzrə davam etmişdir. Hal-hazırda Beynəlxalq Ali Araşdırmalar Məktəbinin (Scuola Internazionale Superiore di Studi Avanzati, SISSA, Trieste, İtaliya) nəzdində yerləşən Toxunma Duyğusu və Öyrənmə Laboratoriyasında doktorantura təhsilini almaqdadır. tarix:05 aprel 19:00-20:30 məkan:Kaspian plaza 3 -cü mərtəbə

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 236
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 162
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 137
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 890
2 günlük Lənkəran və...