Cümə, 5 Sentyabr, 2025

Esse və dissertasiya yazmaq qaydaları - Ödənişsiz Təlim


  • Dərc edildi: 18 Fevral, 2018 - 17:24
Esse və dissertasiya yazmaq qaydaları - Ödənişsiz Təlim

”Qələm qılıncdan güclüdür” demişdir Vilyam Şekspir. Fikri düzgün, dəqiq və əsaslı formada ifadə edə bilmək elm sahəsində ən dəyərli keyfiyyətlərdən biridir. Bunun üçün isə hər bir elm sahəsində tətbiq edilən esse və dissertasiyaların yazılma qaydalarını bilmək şərtdir. Məhz bu məsələnin əhəmiyyətini dərk edərək, Azərbaycan Elm Assosiasiyası və İB Klub birlikdə ”Esse və dissertasiya yazmaq qaydaları” praktiki təlimini təşkil edir. 24 Fevral tarixində IB Klubun baş ofisində baş tutacaq təlim dünyanın nüfuzlu universitetlərində təhsil almış və çoxsaylı elmi işlər yazaraq bu sahədə böyük təcrübəyə malik gənclər tərəfindən keçiriləcək. Təlimdə bu qəbildən olan işlərin yazılma qaydaları və prinsipləri əyani nümunələr vasitəsilə öyrədiləcək. Daha sonra isə, iştirakçılara öz təxəyyülləri əsasında kiçik məqalə yazmaq üçün imkan veriləcək ki, onlar da təqdimatçılar tərəfindən qiymətləndiriləcək. İştirakçılara təlimdə əhatə edilən məsələlərin yığcam şəkildə yerləşdirildiyi vərəqlər seminarın sonunda veriləcək. 3 saat davam edəcək təlim iki hissədən ibarət olacaq – dəqiq və humanitar elmlərdə esse və dissertasiya yazmaq qaydaları. İlk hissədə humanitar, ikinci hissədə isə dəqiq elmlər üzrə təlim keçiriləcək. Təlimdə iştirak edənlərə sertifikat veriləcək. Təlim ödənişsizdir. Təqdimatçılar: İnqilab Şahbazov (London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi) Orxan Kərimzadə (London Imperial Kolleci) Ətraflı informasiya - https://azescience.org/telim-esse-ve-dissertasiya-yazmaq-qaydalari/

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 262
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 166
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 239
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 46
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 139
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 891
2 günlük Lənkəran və...